1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. □ Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı.
2. Məcazi mənada: təmizlik, şəffaflıq, aydınlıq. □ Ox-qay! Havadakı saflığa bax bir; Könül təzələnir, can təzələnir. (B.Vahabzadə).
3. Məcazi mənada: mənəvi təmizlik, düzgünlük, doğruluq, namusluluq. □ Ay yenə də gülümsədi ... saçlarını dağıdaraq; Dedi, insan qəlbindəki sadəliyə, saflığa bax! (S.Vurğun).
1. Diri, canlı, ölməmiş, salamat. □ Atası hələ sağdır. Sağ qalsaq görərik.
2. Sağlam; salamat, zədəsiz. □ Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. (S.Ə.Şirvani).
3. Məcazi mənada: saf, xalis, bütöv, düz. □ Neçə ildə bizə bir sağ söz deyib şərt kəsmədin ki, ... mən də arxayın olam. (İ.Hüseynov).
1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən; sol qola müqabil olan qol tərəfdə yerləşmiş. □ Sağ ayaq. Sağ göz.
2. Üzü cərəyana tərəf durduqda həmin səmtə uyğun gələn. □ Çayın sağ sahili. Arazın sağ kənarında.
3. Siyasi və ictimai həyatda qabaqcıl cərəyanlara düşmən olan; mürtəce, mühafizəkar.
4. Hər hansı burjua partiyası üzvlərinin, yaxud siyasi, fəlsəfi cərəyan nümayəndələrinin əsas kütləsinə nisbətən daha mürtəce, daha mühafizəkar görüşləri müdafiə edən. □ Sağ leyboristlər. Sağ sosialistlər (bu məna parlament salonunda mürtəce partiyaların üzvlərinin sədrdən sağ tərəfdə oturması ənənəsindən gəlmişdir). Sağ partiyalar.
5. İsim kimi: sağlar. □ Sağlara meyil edən qruplar.
Həmçinin bax: