Reklam
Reklam

Все словари

reportaj [repartaj] isim fr. reportage < ing. report – bildirmək, xəbər vermək

Jurnalistika. Günün aktual məsələlərindən bəhs edən jurnalistika janrı. □ Reportajda hər hansı hadisənin şahidi və ya iştirakçısı olan reportyor həmin hadisə haqqında operativ məlumat verir.

Həmçinin bax:

jurnalistika: kriminal reportaj jurnalistika: məhkəmə reportajı Azərbaycan dilinin izahlı lüğəti

reportyor [repartyor] isim ing. reporter – xəbər vermək, məruzə etmək

Jurnalistika. Ən yeni, ən qaynar xəbərləri axtarıb tapan və operativ şəkildə hazırlayan KİV əməkdaşı, müxbir. □ Reportyor işinin əsas xüsusiyyətləri informasiyanın operativliyi, dürüstlüyü və materialın bir qədər emosional tərzdə verilməsidir.

Azərbaycan dilinin izahlı lüğəti

repressiya [represiya] isim lat. repressio – əzmə, cəzalandırma

Cəmiyyətdə azadfikirliliyin, demokratik meylin qarşısını almaq üçün cəza tətbiq edilməsi; qorxu yaymaq məqsədilə kütləvi cəzalandırma. □ Repressiya avtoritar rejimlərdə dövlət orqanlarının azad düşüncəli insanlara qarşı fiziki və mənəvi təzyiqidir.

Azərbaycan dilinin izahlı lüğəti

reprezentativ [reprezentativ] sifət lat. representatio – əyani nümayiş

Obyektin bir hissəsində aparılan tədqiqatın nəticələrinin obyektin bütün hissələrinə, eləcə də bütövlükdə obyektə aid edilməsinə imkan verən (araşdırma, sorğu). □ Statistik araşdırmalarda, sosial sorğularda göstəricilərin, respondentlərin seçimi zamanı, adətən, reprezentativ yanaşma tətbiq olunur.

Azərbaycan dilinin izahlı lüğəti

reprint [reprint] isim re… + ing. print – çap etmək

Təkrar nəşr, yenidən çapetmə. □ Reprint nəşr.

Azərbaycan dilinin izahlı lüğəti

reproduksiya [repraduk'siya] isim re… + lat. productio – əsər, məhsul

Təsvirlərin (rəsm, şəkil, çertyoj) üzünün çıxarılması və poliqrafik üsulla çoxaldılması. □ Reproduksiya aparatı.

Azərbaycan dilinin izahlı lüğəti

reputasiya [reputasiya] isim fr. reputation < lat. reputatio – düşünmə, fikirləşmə, fikrə dalma

Hər hansı şəxsin mənəvi keyfiyyətləri haqqında cəmiyyətdə mövcud olan rəy və təsəvvürlər; şəxsə və ya quruma verilən ictimai qiymət. □ Yüksək reputasiya.

Azərbaycan dilinin izahlı lüğəti

residiv [residiv] isim lat. recidiv – qayıtma

1. Yox olub getmiş hər hansı bir hadisənin yenidən təkrar olunması.

2. Hüquq. Müəyyən cinayətə görə əvvəllər məhkum olunmuş şəxsin həmin cinayəti yenidən törətməsi. □ Residivin cəzası.

3. Tibb. Sağalması güman edilən hər hansı bir xəstəliyin yenidən ağırlaşması; ekzaserbasiya.

Azərbaycan dilinin izahlı lüğəti

respondent [respandent] isim ing. respond – cavab

Anket sorğularına cavab verən, üzbəüz və ya telefonla rəyi soruşulan şəxs. □ Respondentin cavabı.

Azərbaycan dilinin izahlı lüğəti

resurs [resurs] isim fr. ressources – ehtiyat, vasitə

Hər hansı sahədə (iqtisadi, siyasi, təbiət, elm, informatika və s.) mövcud olan ehtiyat bazası, hələ istifadə edilməmiş imkanlar, mənbələr. □ Təbii resurslar. Elektron resurslar.

Həmçinin bax:

jurnalistika: informasiya-resurs mərkəzi jurnalistika: informasiya resursları jurnalistika: internet resursları jurnalistika: multimedia resursları coğrafiya: beynəlxalq təbii resurslar coğrafiya: bərpa olunan təbii resurslar coğrafiya: bərpa olunmayan təbii resurslar coğrafiya: enerji resursları coğrafiya: əvəz oluna bilən resurslar coğrafiya: əvəzsiz resurslar coğrafiya: təbii resurslar Azərbaycan dilinin izahlı lüğəti

retro [retro] isim lat. retro – geri, arxa

Keçmişi xatırladan, keçmişə xas olan, keçmişi təkrarlamaqla səciyyələnən üslub. □ Retro mahnılar.

Azərbaycan dilinin izahlı lüğəti

retrospektiv [retrospek'tiv] sifət lat. retro – geri, arxa + spectare – baxmaq

Keçmişə müraciət; keçmişi nəzərə alan baxışlar sistemi. □ Retrospektiv baxış.

Azərbaycan dilinin izahlı lüğəti