1. İlahiyyat. Şiə imamlarının ölümü haqqında hekayə; mərsiyə. □ İyirmi beş gün tamamdır ki, bəstdə oturanlar gündüzlər rövzə və nitq söyləyirdilər. (P.Makulu).
2. İlahiyyat. Bu cür hekayələr, mərsiyələr oxunulan yer, məclis. □ ..Mən günorta azanını gözləyirdim ki, qalxıb rövzəyə gedim. (S.Hüseyn).
1. Klassik ədəbiyyatda axar suyu, çəməni olan bağça (adətən “rövzeyi-gülşən”, “rövzeyi-kuy” və s. tərkib halında işlənir) mənasında işlənmişdir. □ Rövzeyi-kuyində gəzəndə əğyar; Çeşmim girdabında sellər dolanır. (M.P.Vaqif).
2. Məcazi mənada: klassik ədəbiyyatda behişt, cənnət mənalarında işlənmişdir. □ Bizə öz yurdumuz əfsanə behiştdən xoşdur; Zahid öz rövzeyi-rizvanına çıxsın, getsin. (Ə.Vahid).
Azərbaycan dilinin izahlı lüğəti