1. Bir şeylə üzbəüz olan yer və ya şey, müqabil tərəf; qabaq. □ Evin qarşısı. Dağın qarşısı.
2. Sifət kimi: müqabil, üzbəüz, bir şeyin müqabilində olan. □ Qarşı tərəf.
3. Zidd, müxalif, əleyhinə, ziddinə, əksinə. □ Öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü.. (İ.Əfəndiyev).
4. Haqqında, barəsində. □ ... ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı. (M.Hüseyn).
5. Mübarizə etmək üçün, qabağını almaq üçün. □ Qripə qarşı dərman.
6. Bir hadisənin yaxınlaşmasını göstərir. □ Yaza qarşı.
7. Üzünə, üçün. □ Bəs oxu bu şeri yarə qarşı; Bülbül kimi gülüzarə qarşı. (Xətayi).
Həmçinin bax: