1. Hər hansı bir kollektiv, təşkilat və s. tərəfindən seçilib bir yerə (məsələn, konfransa, qurultaya və s.-yə) göndərilən və ya təyin edilən adam, vəkil edilmiş şəxs; müvəkkil. □ Nümayəndə seçmək.
2. Bir dövlətin və ya təşkilatın mənafeyini təmsil edən, rəsmi şəxs. □ Diplomatik nümayəndə.
3. Öz simasında hər hansı bir təbəqənin sinfi və ya fəaliyyət sahəsini təmsil edən, onların mənafeyini ifadə edən şəxs. □ Xalqın ən qabaqcıl nümayəndələri.
Həmçinin bax:
1. Siyasi-ictimai əhvali-ruhiyyəni ifadə etmək üçün düzəldilən kütləvi yürüş. □ Fəhlələr... gurultulu nümayişlər düzəldib hər tərəfi titrədirdilər. (M.Hüseyn).
2. Bir şeyin geniş kütlələrə göstərilməsi. □ Kinofilmlərin nümayişi.
3. Bir şeyin təzahürü, bir şeyin varlığını göstərən. □ Xalqın birliyinin nümayişi.
Həmçinin bax:
1. Hər hansı bir məmulatın, şeyin haqqında təsəvvür yarada biləcək hissəsi, örnəyi, qismi. □ Yeni maşınlardan nümunə göstərmək.
2. Başqa oxşar şeylərin hazırlanması üçün əsas olan, örnək olan şey; model, çeşid. □ Yeni mal nümunələri.
3. Bir şeyin həqiqətən necə həyata keçdiyini göstərən əyani misal, canlı şahid. □ Tikintidə necə işləmək lazım olduğunu göstərmək üçün...canlı nümunə idilər. (Ə.Sadıq).
1. Yazılı bir şeydən çıxarılan surətlərdən hər biri (əlyazmasının, yaxud çap olunmuş əsərin ayrıca surəti). □ Hər il ölkədə yüz min nüsxələrlə kitab buraxılır.
2. Məcazi mənada: pis və ya qəribə xasiyyətlərinə görə fərqlənən adam haqqında; tip, vücud. □ Məhəmməd yaxşı bilirmiş ki, bu arvadlar necə nüsxədirlər. (C.Cabbarlı).
3. Arxaizm. Resept. □ Dərmanınız eyni, nüsxəniz eyni. (B.Vahabzadə).
4. Arxaizm. Üzərində dua sözləri yazılmış kağız; dua.
Həmçinin bax:
1. Arxaizm. Aptekdə resept qəbul edən işçi; reseptçi, farmasept.
2. Arxaizm. Xalq təbabətində qədim tibb kitablarına baxıb dərman yazan şəxs, yaxud həmin dərmanlar və onların hazırlanmasından bəhs edən kitab. □ ...qonşu kənddə bir otaylı nüsxəbənd var, həkimlikdən də azmaz başı çıxır. (Ə.Haqverdiyev).