Müəyyən bir hüdud içinə almaq, məhdud etmək, hədd qoymaq, müəyyən həddə, çərçivədə saxlamaq. □ İmkanı məhdudlaşdırmaq.
Bax: məhdudlaşmaq.
Məhdud olmaq, müəyyən hədd-hüdud içərisində olmaq, kifayətlənmək.
Məhdud edən, məhdudlaşdıran, müəyyən ölçüdən, hüduddan kənara çıxmağa qoymayan; məhdudedici.
1. Məhdud olma, müəyyən hədd-hüdud içərisində olma; məhdudiyyət. 2. Azlıq, kifayətsizlik, darlıq. □ İmkanların məhdudluğu. Dünyagörüşünün məhdudluğu.
1. Eşq, sevgi, sevmə, sevişmə. □ Aralarında məhəbbət var. 2. Ürəkdən, fədakarcasına bağlılıq; sevgi, dostluq, sədaqət; mehribanlıq. □ Vətənə məhəbbət. Ana məhəbbəti. 3. Bir şeyə sonsuz maraq; meyil, həvəs, istək. □ Musiqiyə məhəbbət.
Dərin məhəbbətlə, sevgi hissi ilə. □ Məhəbbətanə süzmək.
Məhəbbət bəsləyən, məhəbbəti olan, məhəbbət ifadə edən. □ Məhəbbətli çöhrə.
1. Dostyana məktub. □ Mirzə Camal, Rum soltanına yazılmış məhəbbətnaməni ver görüm. (Y.V.Çəmənzəminli). 2. Məhəbbət ifadə edən məktub, sevgi məktubu, eşqnamə. □ Ümidim var məhəbbətnamədən məhv olmasın namım. (Qövsi Təbrizi).
1. Məhəbbəti, sevgisi olmayan. 2. Zərf kimi: məhəbbət olmadan; sevgisiz, istəksiz. □ Məhəbbətsiz evlənmək.
Balkonun, eyvanın, pilləkənin, körpünün kənarına çəkilən şəbəkə; barmaqlıq, sürahi. □ Dəmir məhəccər. Taxta məhəccər.
Məhəccəri olan; sürahili, barmaqlıqlı. □ Məhəccərli balkon.
Qızıl və gümüşün əyarını təyin edən bir cins daş.
See also:
1. Arxaizm. Klassik ədəbiyyatda: yer, məkan, məqam. □ Necə surət bağlasın könlüm xilasi-eşqdən; Eşqdir bir hal kim, ol halə könlümdür məhəl. (M.Füzuli).
2. Arxaizm. Klassik ədəbiyyatda: diqqət, etina.
1. Ümumi işin zərərinə olaraq, öz yerlisini himayə etmə, ona üstünlük vermə (yalnız mənfi mənada işlənir). 2. Öz yazılarında, əsərlərində yerli sözlər işlətmə meyli. □ Bədii əsərlərdə məhəlçiliyə yol verməməli.