Tarix. Hindistanda hökmdar titulu; orta əsrlərdə iri feodallara, müstəqil knyazlıqların hakimlərinə, yeni və ən yeni dövrlərdə isə bəzi knyazlara verilmişdir.
1. Hind mifologiyasında dünya ruhu, “ilahi insan”. 2. Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına əlavə.
Məharətli, bacarıqlı, qabiliyyətli, işini əla bilən, usta. □ Mahir çalğıçı. Mahir rəssam.
Məharətlə, ustalıqla, mahircəsinə. □ Mahiranə təsvir etmək.
Bax: mahiranə.
Bax: mahirləşmək.
Mahir olmaq, ustalaşmaq, məharət qazanmaq. □ Ovçuluqda mahirləşmək.
Mahir olma; məharət, ustalıq. □ Mahirlik göstərmək.
1. Daxili məzmun, xüsusiyyət, əsil məna, məğz, əsas. □ Məsələnin mahiyyəti. 2. Fəlsəfə. Əşya və hadisələrin dərin əlaqə və münasibətlərini müəyyən edən daxili əsası.
Çiyidi təmizlənmiş, çiyidsiz pambıq. □ Cərgə pambığından alaq vurulsun: Misir mahlıcından qalaq vurulsun. (R.Rza).
Bax: mahlıclamaq.
Çiyidli pambığı maşında və ya başqa üsulla təmizləyib mahlıc halına salmaq, pambığın çiyidini təmizləmək.
Bax: mahlıclanmaq.
Mahlıc halına gətirilmək, çiyidi təmizləmək (pambığın).
Klassik ədəbiyyatda ayüzlü, gözəl mənalarında işlənmişdir. □ Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sirişk; Ki, gözüm görməyəol mahliqadan qeyri. (M.Füzuli).