xoşlanmaq, hədsiz dərəcədə xoşuna gəlmək, bəyənmək, ürəyincə olmaq; ~ zövq almaq, həzz almaq.
xoşhal, feyzyab olmaq; ~ zövqünü oxşamaq, ürəyinə yatmaq, ürəyini oxşamaq, könül oxşamaq.
əvvəlki dad və təravətini itirmək.
əvvəlki ləzzəti, zövqü verməmək; ~ dadı qaçmaq.
bir şeyin zövqünü, nəşəsini, dadını hiss etmək, duymaq.
son dərəcə çox olmaq; ~ zığ vermək (vurmaq).
çox yorulmaq; ~ heyi kəsilmək, taqətdən düşmək.
səliqəsiz, yaraşıqsız geyinmək; ~ üst-başı tökülmək.
duz-çörək kəsmək, bir süfrədə çörək yemək.
dübbədüz və hərəkətsiz dayanmaq, tərpənməmək; ~ arşın udmaq.
bax: yağla şora fərq qoymamaq.
1. Çaxnaşma, həyəcan düşmək, bir-birinə dəymək.
2. Cəncələ, bəlaya düşmək, problemlə qarşılaşmaq; ~ başına iş gəlmək.
qarışıqlıq salmaq, aranı qarışdırmaq; ~ çaxnaşma salmaq.
bir yerdə qərarlaşıb qalmaq, məskən salmaq; ~ qərar tutmaq (tapmaq).
oturduğu yerdən çətinliklə qalxmaq.