Bax: loğmalamaq.
Çörək (loğma) vermək; yedirmək.
Bax: loğmalanmaq.
Çörək, loğma yemək; tıxmaq.
1. Adətən “bir” sayı ilə işlənərək bir dəfə ağza salmağa kifayət edəcək miqdarı bildirir. □ Bir loğmalıq çörək. 2. “Yemək, çörək” mənasında. □ Loğmalıq eləmisən?
Əfsanəvi bir həkimin adı olub, klassik ədəbiyyatda və canlı dildə bütün dərdlərə çarə edən, adamlara yol göstərən bilici şəxs mənasında işlənmişdir. □ Loğman da gəlsə dirilməz.
Tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer. □ Sağ loja. Lojaya bilet almaq.
Radiodalğaların köməyi ilə cismin yerini tapma.
Burjuaziyanın fəhlə sinfinə qarşı mübarizə üsullarından biri olaraq, müəssisələrin bağlanması və fəhlələrin kütləvi surətdə işdən çıxarılması.
Lokaut elan edən, lokautdan istifadə edən kapitalist.
Müxtəlif maşınları hərəkətə gətirən buxar mühərriki; bu cür mühərriki olan maşın.
Rels üzərində işləyən və vaqonları, qatarları hərəkətə gətirən maşın (parovoz, teplovoz, elektrovoz və s.). □ Lokomotiv sürmək. Lokomotivi təmir etmək.
Riyaziyyat. Verilən bir ədədi almaq üçün kökün vurulacağı üstdərəcə. □ Loqarifm cədvəli.
Bax: loqarifmləmək.
Riyaziyyat. Verilən ədədin loqarifmini almaq.