1. Az cürətli (cəsarətli), cürətsiz, cəsarətsiz, qorxaq. □ Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur; O ki bir parası kəmcürət olur; Çətin ələ düşər dilavər gözəl. (Q.Zakir).
2. İsim kimi: az cürətli (cəsarətli), cürətsiz, cəsarətsiz, qorxaq adam. □ Cürətli şəhər alar; Kəmcürət küncdə qalar. (Atalar sözü).
1. Arxaizm. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip. □ ..axırda belindən kəməndini açıb, qayaya atdı. (“Koroğlu”).
2. Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip. □ Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. (A.Divanbəyoğlu).
3. İlmək, bağ, düyün.
4. Klassik ədəbiyyatda gözəlin saçına, zülfünə işarə kimi işlənmişdir. □ O tari-zülfə əsirəm, şikayətim çoxdur; Özüm kəməndinə bağlanmışam iradə ilə. (S.Ə.Şirvani).
Həmçinin bax: