1. Çərçivənin üst uclarını birləşdirən gödək ağac. □ Kəlləlik kəsmək. Kəlləlik düzəltmək.
2. Bir şeyin kəllə (üst) tərəfini təşkil edən hissəsi.
3. Məcazi mənada: tərslik, yekəbaşlıq. □ Kəlləlik etmək. Kəlləlik göstərmək.
4. Dialekt. Qapının üstündə olan pəncərə.
1. Kəsilmiş qoyun və ya keçinin başı və ayaqları. □ Kəlləpaça bişirmək. Kəlləpaça almaq.
2. Qoyun və ya keçinin kəlləsi və ayaqlarından bişirilən duru xörək; başayaq. □ Sirkə-sarımsağını hesab edən kəlləpaça yeməz. (Atalar sözü).
Həmçinin bax:
1. Arxaizm. Kəlləpaça bişirib satan adam. □ Səfər günü Xəlil əmisi kəlləpəz İmanı gətirib, evlərinə hayan qoyub, anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. (Ə.Haqverdiyev).
2. Arxaizm. Kəlləpaça bişirilib satılan dükan və s. □ Kəlləpəz dükanı.
İlahiyyat. Müsəlmanlığın əsas rəmzi olan “Lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir). □ Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. (Aşıq Ələsgər).
Həmçinin bax:
1. Söz, ifadə, ibarə. □ Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi .. onu dinləyirdi. (A.Şaiq).
2. Saylarla işlənərək – bir neçə söz, az söz, qısaca. □ Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi. (S.Hüseyn).
3. İlahiyyat. Müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir).
Həmçinin bax: