Aşağı orqanların və aşağı vəzifə tutan şəxslərin dəqiq müəyyən edilmiş prinsiplər üzrə yuxarı orqanlara pilləli şəkildə tabe olması; bütöv bir sistemin ayrı-ayrı elementlərinin yuxarıdan aşağıya müəyyən qayda ilə yerləşməsi. □ Hakimiyyət iyerarxiyası.
Azərbaycan dilinin izahlı lüğətiBir çox sözlərə qoşularaq aşağıdakı mənaları yaradan şəkilçi:
1) elmi, fəlsəfi təlim, dünyagörüş (buddizm, marksizm);
2) hərəkat, cərəyan (çartizm, rasizm);
3) xəstəlik (alkoqolizm, autizm);
4) leksik kateqoriya (amerikanizm, vulqarizm, arxaizm, neologizm) və s.
Azərbaycan dilinin izahlı lüğətiKlassik ədəbiyyatda bir xeyir iş üçün, yaxud ehtiyacı olan bir adam və ya cəmiyyət üçün verilən və toplanılan pul, maddi yardım, kömək mənalarında işlənmişdir. □ ..Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. (M.F.Axundzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin. □ Cahilin ibadətindən alimin yuxusu yaxşıdır. (Atalar sözü).
2. Sitayiş, pərəstiş.
3. Məcazi mənada: sitayiş, pərəstiş. □ Qiblə deyil, qaşlarına baş əymək; Gecə-gündüz mənim ibadətimdir. (M.P.Vaqif).