1. Elm, bilik sahəsi, tədris obyekti. □ Riyaziyyat fənni. Zoologiya fənni.
2. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. □ Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. (Q.Zakir).
3. Elm, texnika, bilik. □ Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. (C.Məmmədquluzadə).
1. Hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən əsgər. □ ..Bundan sonra fərariləri gizlədən bütün dağ kəndləri topa tutulacaq. (Ə.Məmmədxanlı).
2. Sifət kimi: hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən. □ Fərari əsgər.
3. Məcazi mənada: öz vətəndaşlıq borcunu, xidməti və ya ictimai vəzifələrini yerinə yetirməkdən boyun qaçıran adam. □ ..Mən hələ fərarilərin ucbatından nə qədər əziyyət çəkdiyimizi demirəm. (M.Hüseyn).
1. Ayrıca adam, şəxsiyyət. □ Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. (M.V.Vidadi).
2. Müstəqil halda mövcud olan orqanizm; varlıq. □ Saf halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar.
3. Klassik ədəbiyyatda yalqız, tək, tayı-bərabəri olmayan mənalarında işlənmişdir. □ Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm. (M.Füzuli).
4. Ədəbiyyatşünaslıq. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması. □ ..Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına. (Aşıq Ələsgər).
1. Yalnız bir fərdə (şəxsə) xas olub onu başqalarından fərqləndirən; şəxsi. □ Fərdi üslub.
2. Xüsusi istifadədə olan; ümumi olmayan; şəxsi. □ Fərdi avtomaşın. Fərdi təsərrüfat. Fərdi həyətyanı sahə.
3. Kollektiv tərəfindən deyil, ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən. □ Fərdi inşaat.
4. Ayrılıqda hər bir adama aid olan; xüsusi. □ Fərdi plan. Fərdi öhdəlik.
Həmçinin bax: