1. Sərnişinlərin düşməsi və minməsi üçün tramvayın, avtobusun və s.-nin dayandığı yer. □ Avtobus dayanacağı.
2. Müvəqqəti yaşamaq üçün düzəldilən yer. □ Ov heyvanları bol olan sahələrdə ən qədim insanlar özlərinə dayanacaqlar düzəldirdilər.
3. Söykənəcək, dayaq; əl ağacı. □ Əl ağacı qoca adam üçün ən yaxşı dayanacaqdır.
4. Dialekt. Araba oxunun, təkəri oxdan çıxmağa qoymayan və arabada laydırı dik saxlayan hissəsi. □ Arabanın dayanacağı.