1. Dözüm, möhkəmlik, taqət, tab; müqavimət qabiliyyəti. □ Onun soyuğa heç davamı yoxdur.
2. Bir şeyin, işin və ya hadisənin daimi və ya müəyyən müddətli olması. □ ...Biz başımıza həmişəlik doğru və sadiq oxucu cəm etmişik, ...buna isbat məcmuəmizin davamıdır. (C.Məmmədquluzadə).
Həmçinin bax:
1. Hər cür çətinliyə, məşəqqətə, məhrumiyyətə, əzab və əziyyətə davam gətirən; dözümlü. □ O, çox davamlı adamdır.
2. Çətin dağılan, gec yırtılan, çox möhkəm. □ Davamlı parça. Davamlı çəkmə.
3. Etibarlı, sarsılmaz, möhkəm, səbatlı. □ Daşmı davamlıdır, yoxsa onun iradəsi? (M.Rahim)
4. Uzun sürən, sürəkli, arası kəsilməyən, ardıcıl. □ Bu zaman vağzala girməkdə olan bir maşının davamlı fit səsi eşidildi. (M.İbrahimov)
Qeyd: ...davamlı. Bəzi mürəkkəb sifətlərin ikinci tərkib hissəsi; məsələn, odadavamlı, soyuğadavamlı, istiyədavamlı.
Azərbaycan dilinin izahlı lüğəti1. Davamı, dözümü olmayan, müqavimət edə bilməyən; zəif, dözümsüz. □ Soyuğa davamsız bitkilər. Davamsız adam.
2. Möhkəm olmayan, tez dağılan, tez yırtılan, tez xarab olan. □ Davamsız parça. Davamsız dəri.
3. Çox davam etməyən, çox sürməyən, tez keçib gedən, sürəksiz. □ Davamsız yağış. Davamsız qar.