Torpaqdan görünən, başı çıxan bitki. □ Cücərti əmələ gələn gündən sahədə seyrəltmə işləri aparılır.
Bax: cücərtmək.
Becərərək, bəsləyərək yetişdirmək (toxumu, bitkini). □ Dəni cücərtmək.
Zoologiya. Milçək, arı, qarışqa kimi buğumayaqlılara verilən ümumi ad; böcək. □ Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idi. (A.Divanbəyoğlu).
Zoologiya. Cücü ilə qidalanan, həşərat yeyən. □ Cücüyeyən quşlar.
Numerativ söz kimi: bir yerdə işlənən və bir bütövü təşkil edən iki eyni şey. □ Təzə arvad üçün imperyala; Cüft ilə alınmış brilyant sırğa. (H.K.Sanılı).
Bax: cükküldəmək.
Cük-cük eləmək, “cük-cük” səs çıxarmaq. □ Bura bax, indi də qurbağanın yerinə özün cükküldəyirsən. (C.Cabbarlı).
Dialekt. Quraqlıq yerlərdə təbii nohur.
Zoologiya. Uzundimdikli, nazikayaqlı, tükü naxışlı köçəri quş. □ Bir dəstə cüllüt qalxdı və “Qara güzgü”nün üstündən keçdi. (H.Seyidbəyli).
Hökmdarın taxta çıxması. □ Şah Abbasın cülusundan altı il keçib, yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. (M.F.Axundzadə).
Həftənin beşinci günü; cümə axşamından sonra gələn gün. □ Cümə namazı ilə xəstə sağalmaz. (Atalar sözü). Hazırla, ay xalaqızı, cümə günü gələcəyəm! (Mir Cəlal).
Sandıq, yorğan-döşək, və s. qoymaq üçün evin iç divarında düzəldilən oyuq, boş yer. □ Otağın divarlarındakı cüməxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər qoyulardı. (H.Sarabski).
Bax: respublika.
Bax: respublikaçı.