Botanika. Xırda ağ çiçəkləri olan birillik bitki (toxumlarından ədviyyə kimi istifadə edilir).
Ərzaq payı, pay; norma. □ ...Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni xeyli azaltdı. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti1. Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, şey; fəzada ayrıca şey. □ Bərk cisimlər. Maye cisimlər.
2. Riyaziyyat. Eni, uzunu, dərinliyi olan şey. □ Həndəsi cisimlər.
3. Bədən, vücud. □ Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. (M.P.Vaqif).
4. Cənazə. □ Cismi yalnız gömülmüşdür; Qəbrə, parlaq gözəl əməlləri yox! (S.Rüstəm).
Həmçinin bax:
1. Cismə mənsub, maddi.
2. Bədənlə, vücudla, bədən quruluşu ilə bağlı olan. □ Cismani yorğunluq. Cismani işgəncə.
3. Maddi, maddi əsaslara dayanan (ruhən ziddi). □ Cismani aləm.
4. Şəhvani, insanın nəfsi ilə bağlı, ondan irəli gələn. □ Cismani hisslər. Cismani yaxınlıq.
Azərbaycan dilinin izahlı lüğəti