1. Nazlanmaq, naz etmək, əzilib-büzülmək. □ Tavus kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. (M.P.Vaqif).
2. Məcazi mənada: təşbehlərdə nazlanmaq, naz etmək, əzilib-büzülmək. □ Su üstündə cilvələnir; Söyüdlərin yarpaqları. (B.Vahabzadə).
1. Mövcud quruluşa qarşı yönəldilmiş və ya mövcud hüquq qanun və qaydalarını pozan ictimai baxımdan təhlükəli hərəkət; suç. □ Cəvahir xanımı adam öldürmək kimi böyük bir cinayətə vadar edən nə idi? (T.Ş.Simurq).
2. Məcazi mənada: yolverilməz, yaramaz, pis hərəkət, əməl.
Həmçinin bax: