1. Binanın və s.-nin xarici; eşik, həyət, çöl, dişarı, kənar, açıq yer. □ Bayırda qar yağır. Ac bayıra qaçar, yalavac evə girər. (Atalar sözü). Evdəki hesab bayıra çıxmaz. (Atalar sözü)
2. Üz, zahir, xarici görünüş. □ İçərim özümü yandırır, bayırım özgəni. (Atalar sözü)
Həmçinin bax:
1. Çöl, bayır, ümumiyyətlə, hər hansı bir yer. □ ..əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. (H.Nəzərli)
2. Həyət, evin ətrafı. □ Qapı-bacanı əhənglə ağartmaq, evlərin bayır-bacağını süpürmək .. ümumi bir həvəs idi. (H.Sarabski)
1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. □ Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Atalar sözü)
2. Mənhusluq, uğursuzluq simvolu kimi. □ Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər. (M.Hüseyn)
3. Məcazi mənada: cəmiyyət sevməyən, insanlardan qaçıb təkcə yaşayan adam haqqında. □ O lap bayquşdur, adam arasında görünmür. Bayquş kimi həyat keçirmək.
Həmçinin bax:
Uzun və nazik bir ağacın baş tərəfinə rəbt edilmiş və adətən üzərində dövlətin, yaxud hərbi və ya ictimai təşkilatın xüsusi əlaməti – nişanı çəkilmiş bir və ya müxtəlif rəngli qumaş parçası. □ Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Həmçinin bax: