1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. □ ..Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. (S.S.Axundov)
2. Arxaizm. Qadınların qızıl və gümüşdən qayrılıb, baş örtüsü altından qoyduqları qızıl və gümüş bəzək; cütqabağı, gəlintacı.
Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. □ Məqalənin başlığı. Reyhan .. əlində rəngli qələm qəzetə başlıq çəkir. (Mir Cəlal)
Etnoqrafiya. Ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal, yolpulu, südpulu. □ Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə başlıq verməlidir.. (“Aşıq Qərib”)
Azərbaycan dilinin izahlı lüğətiÜzüörtülü, daban tərəfi və pəncənin yarısı açıq, nallı kişi və qadın ayaqqabısı; ümumiyyətlə ayaqqabı. □ Bu dağı aşmaq olmaz; Narıncı başmaq olmaz; Bir quru sözdən ötrü; Yarla savaşmaq olmaz. (Bayatı)
Müxtəlif maşın və mexanizmlərdə dayaq, qəlib, qoruyucu və s. vəzifəsini görən cürbəcür hissələrin adı. □ Başmaq qalınlığı 15-19 mm və uzunluğu 30-40 sm olan polad halqadan ibarətdir ki, bu da qoruyucu kəmərin aşağı ucuna bağlanır. (Quliyev)
Həmçinin bax:
1. Başı olmayan. □ Başsız bədən.
2. Məcazi mənada: ağılsız, gic, axmaq; çox huşsuz.
3. Böyüksüz, sahibsiz, yiyəsiz, baxıcısız, nəzarətsiz, başçısı olmayan. □ Başsız təsərrüfat. Başsız uşaq.
4. Zərf kimi: böyüksüz, sahibsiz, yiyəsiz, baxıcısız, nəzarətsiz, başçısı olmayan. □ Başsız qalmaq. Başsız qoymaq.
5. Azğın, önüalınmaz, qabağıalınmaz. □ Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. (Z.Xəlil)
Həmçinin bax: