1. Aralarında şərtləşdirilmiş, qabaqcadan şərtləşmiş. □ Partizanlar meşənin kənarında durub şərti işarəni gözləyirdilər. (S.Vəliyev).
2. Müəyyən şərtlərlə məhdud edilmiş, ancaq müəyyən şərtlər əsasında qüvvəsi olan. □ Şərti razılıq. Şərti cəza.
3. Nisbi, məşrut; başqa şəraitdə başqa cür ola bilən. □ Həyatda bir çox şey şərtidir.
4. Həqiqətdə təsvir edildiyi, göstərildiyi şəkildə mövcud olmayan. □ Hüdudlar arasında şərti xətt çəkmək.
5. Hadisəni olduğu kimi yox, simvolik surətdə əks etdirən, qeyri-real. □ Şərti səhnə kompozisiyası. Şərti gözəllik.
Həmçinin bax:
1. Bir şərtlə bağlamaq və ya məhdudlaşdırmaq, şərt qoymaq.
2. Bir şeyin törəməsinə əsas olmaq, səbəb olmaq. □ ...yüksək səviyyədə duran millətin ədəbiyyatının o biri millətlərin ədəbiyyatları üzərinə təsirini də şərtləndirir. (M.Hüseyn).