1. Botanika. Qabığı hovlu, sarı-qırmızı rəngli, iritumlu, şirəli meyvə. □ Şaftalı, ərik və tut ağacları baş-başa verərək günün qabağını çətir kimi tutur... (İ.Əfəndiyev).
2. Şaftalıdan bişirilmiş, hazırlanmış. □ Şaftalı mürəbbəsi. Şaftalı cemi.
1. İbtidai və ya orta məktəbdə oxuyan uşaq; məktəbli. □ Məşədi bütün sinifdə ən yaxşı oxuyan şagirdlərdəndir. (M.Hüseyn).
2. Hər hansı bir usta yanında sənət, peşə öyrənən gənc. □ Dərzi şagirdi. Çilingər şagirdi.
3. Birinin təliminə, məsləkinə, əqidəsinə, işinə tərəfdar olan və onun işini davam etdirən şəxs.
1. Tarix. Keçmişdə İran və Əfqanıstanda padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs. □ İmamlar, nəbilər, sultanlar, şahlar; Min il at oynatdı kürəyimizdə. (S.Vurğun).
2. Şahmat oyununda baş fiqur.
3. Məcazi mənada: ən birinci, ən yaxşı, ən nümunəvi. □ ...“Ölülər” Azərbaycan dramaturgiyasının şah əsəri sayıla bilər. (M.İbrahimov).
4. Məcazi mənada: obrazlı təşbehlərdə seçilən, başda duran, birinci yeri tutan. □ Gözəllər sultanı, mələklər şahı; Ala gözlü xanım, getmə, amandı. (Aşıq Ələsgər).
5. Zoologiya. Arı ailəsində dişi arıya deyilir. □ Hər yuvada bir dişi arı olar, ona şah deyərlər. (S.S.Axundov).
Atın dal ayaqları üstündə qalxıb durması. □ At şahə qalxdı.
Həmçinin bax: