lat. migratio – köç, köçmə
Hidrobiontların həyat üçün əlverişli şərait tapmaq məqsədilə kütləvi surətdə (əsasən, mövsümi) yerdəyişməsi.
Bəzi en dairələrində bir çox hidrobiontlar isti mövsümün əvvəlində suyun dərinliyindən onun səthinə, yaxud sahilə doğru, kəskin soyuqlar düşəndə isə (məs.: su hövzəsi donarkən) hövzənin daha dərin qatlarına tərəf miqrasiya edirlər.
Coğrafiya terminləri lüğətilat. circulatio – fırlanma, dövretmə
1. Su hövzələrində su kütləsinin üfüqi istiqamətdə yerdəyişməsi.
Dəniz və okean sularının Ü.S.-sı səth və dərinlik axınları vasitəsilə təmin olunur. Səth sularının sirkulyasiyası atmosfer hadisələri (külək, burulğan və s.) və termik proseslərin təsiri altında, dərinlik sularının sirkulyasiyası termik proseslər nəticəsində baş verir. Bu iki axın arasında sərhəd böyük su hövzələrində orta hesabla 1500 m dərinlikdən keçir. Səth və dərinlik Ü.S.-ları arasında əlaqə şaquli sirkulyasiya mexanizmi vasitəsilə yaranır.
2. Ekvatorla qütblər arasında temperatur və təzyiq fərqinin, habelə müxtəlif atmosfer hadisələrinin təsiri altında hava kütlələrinin üfüqi istiqamətdə (külək, burulğan və s.) yerdəyişməsi.
Qütblərdən ekvatora doğru getdikcə temperatur artır və yaranmış təzyiq fərqinə görə atmosferin aşağı qatlarında hava kütlələri, əsasən, bu istiqamətdə hərəkət edir. Troposferin yuxarı qatlarında hava kütlələrinin əks istiqamətdə hərəkəti müşahidə olunur. Eyni zamanda Yerin öz oxu ətrafında fırlanması da hava kütlələrinin Ü.S.-sına təsir göstərir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. temperatura – normal vəziyyət + lat. gradientis – addımlayan
Üfüqi istiqamətdə vahid məsafədə hava temperaturunun dərəcələrlə dəyişməsi.
Ü.T.Q. hər 100 km üçün dərəcənin 1/10 hissələrinə bərabərdir. Amma atmosfer cəbhələri zonalarında 10°C-ni aşa bilər.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiÜfüqün dörd əsas nöqtəsi: şimal, cənub, şərq, qərb.
Əsas cəhətlərdən əlavə, dörd aralıq cəhət də var: şimalla şərq arasında – şimal-şərq, şimalla qərb arasında – şimal-qərb, cənubla şərq arasında – cənub-şərq, cənubla qərb arasında – cənub-qərb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiƏrazinin relyefi və relyef üzərindəki obyektlər (hidroqrafik şəbəkə, bitki örtüyü, yaşayış məntəqələri, yol-rabitə qovşaqları və s.) ümumiləşdirilmiş şəkildə, heç biri xüsusi fərqləndirmədən təsvir olunan xəritələr.
Ü.X.-ə topoqrafik xəritələr də aiddir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiİstifadə olunan resursların (əmək, kapital və s.) milli mənsubiyyətindən asılı olmayaraq ölkənin daxilində iqtisadiyyatın bütün sahələrində istehsal edilmiş son məhsulun və xidmətlərin illik, yaxud hər hansı digər zaman kəsiyində ümumi dəyəri.
ÜDM ən mühüm makroiqtisadi göstəricilərdən biridir. Termin (ing. Gross Domestic Product) 1934-cü ildə amerikalı iqtisadçı alim, Nobel mükafatı laureatı Saymon Kuznets tərəfindən təklif olunub.
Coğrafiya terminləri lüğətiİl ərzində, yaxud hər hansı digər zaman kəsiyində ümumi daxili məhsul və ölkə vətəndaşlarının xaricdə əldə etdikləri gəlirin cəmi ilə xarici vətəndaşların ölkə ərazisindən çıxardıqları gəlirlərin arasında yaranan fərq.
ÜMG. ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biridir.
Coğrafiya terminləri lüğətiÖlkənin daxilində və onun hüdudlarından kənarda milli iqtisadiyyata mənsub olan iqtisadi vahidlərdə bir il ərzində, yaxud hər hansı digər zaman kəsiyində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusu.
ÜMM. ən vacib makroiqtisadi göstəricilərdəndir.
Coğrafiya terminləri lüğətiCoğrafi təbəqənin quruluşunun, tərkibinin, dinamikasının, inkişafının, onda baş verən təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlarını, həmçinin bu qanunauyğunluqlar arasında daxili və xarici əlaqələri öyrənən elm sahəsi.
Fiziki coğrafiyanın əsasını təşkil edən Ü.Y. coğrafi təbəqəni vahid təbii sistem kimi nəzərdən keçirir.
Coğrafiya terminləri lüğəti