yun. atmos – buxar + yun. sphaira – kürə + lat. circulato – fırlanmaq
Planetar miqyasda ölçüsünə görə materiklərə və onların böyük hissələrinə uyğun gələn hava axınları sistemi.
A.Ü.S.-na zonal axınlar – tropik qurşaqlarda troposferin alt hissəsində passatlar, mülayim enliklərdə Yer səthindən xeyli hündürdə qərb küləkləri, qütb enliklərində troposferin alt hissəsində şərq küləkləri daxildir. A.Ü.S. vasitəsilə Yer kürəsinin müxtəlif dərəcədə qızan sahələri arasında isti və soyuq hava kütlələrinin mübadiləsi gedir, rütubət (su buxarı) Yer üzərində yayılır. Bu prosesin əsas təkanverici qüvvəsi günəş enerjisi, daha bir mühüm səbəbi Yerin öz oxu ətrafında fırlanmasıdır. Günəş Yer səthini qeyri-bərabər qızdırır, nəticədə atmosferdə alçaq və yüksək təzyiq sahələri yaranır və hava axınları daim bu sahələr arasında hərəkət edir. A.Ü.S. iqlim əmələgətirən başlıca amillərdəndir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti