Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ümumi daxili məhsul (ÜDM)

İstifadə olunan resursların (əmək, kapital və s.) milli mənsubiyyətindən asılı olmayaraq ölkənin daxilində iqtisadiyyatın bütün sahələrində istehsal edilmiş son məhsulun və xidmətlərin illik, yaxud hər hansı digər zaman kəsiyində ümumi dəyəri.

ÜDM ən mühüm makroiqtisadi göstəricilərdən biridir. Termin (ing. Gross Domestic Product) 1934-cü ildə amerikalı iqtisadçı alim, Nobel mükafatı laureatı Saymon Kuznets tərəfindən təklif olunub.

Coğrafiya terminləri lüğəti