lat. generalis – ümumi, əsas
Xəritədə təsvir etmək üçün coğrafi obyektlərin, onların əsas xüsusiyyətlərinin seçilib ümumiləşdirilməsi.
G. xəritənin tərtib olunduğu miqyasdan asılıdır. Böyük miqyaslı xəritələrdə (1:250 000, 1:500 000) G. az, kiçik miqyaslı xəritələrdə isə (1: 2 000 000, 1:22 000 000) çox olur. Xəritələrdə G. artdıqca dəqiqlik azalır.
Coğrafiya terminləri lüğəti