1. Qadınların başlarına saldıqları iri ipək və ya başqa parçadan örtük, iri baş yaylığı. □ ..örpəyinin ucu ilə gözlərini sildi. (Ə.Əbülhəsən).
2. Məcazi mənada: örtük mənasında. □ Dağlarının başı qardır; Ağ örpəyin buludlardır. (S.Vurğun).
Həmçinin bax:
1. Örtük salmaq, üzərinə bir şey salmaq, üzərinə bir şey çəkib görünməz etmək. □ Tənbəl deyər: – ver – yeyim, ört – yatım, gözlə, canım çıxmasın. (Atalar sözü).
2. Qabağını kəsmək, görünməz etmək. □ Bütün sahili duman örtmüşdür.
3. Bağlamaq, qapamaq. □ Qapağı örtmək.
4. Üstünə bir şey salmaq, sərmək. □ Cərgə ilə düzülmüş yamyaşıl şam ağaclarını ağappaq qar örtmüşdü. (M.İbrahimov).
5. Məcazi mənada: bürümək, sarmaq, çulğamaq, tutmaq, basmaq. □ Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. (S.Vurğun).
Həmçinin bax:
1. Hər hansı bir şeyin üzərinə çəkilən, salınan parça; çexol. □ ..kamançanı götürür əlinə, başlayır örtüyünü açmağa. (C.Məmmədquluzadə).
2. Süfrə. □ ..Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı. (Mir Cəlal).
3. Yorğan, balış və s. üstünə salınan parça. □ ..Sərvnaz öz otağında ipək yorğanına örtük tikirmiş. (Ə.Vəliyev).
4. Başa örtülən hər hansı bir şey. □ ..Sənə hökm edirəm, kənar et örtüyü! (C.Cabbarlı).
5. Bir şeyi üstdən, üzdən örtən şey. □ Bitki örtüyü. Torpaq örtüyü.
Həmçinin bax: