1. Bir istiqamətdə gedərək nəzərdə tutulan yerə yetişmək, varmaq; göndərilən ünvana, yerə, şəxsə, sahibinə yetişmək. □ Atlılar hələ dolamaları enməmiş, Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. (Y.V.Çəmənzəminli).
2. İrəliyə doğru getməkdə olan bir adamın, maşının və s.-nin ardınca gedərək ona yetişmək, yetmək, özünü ona çatdırmaq; vaxtında yetişmək, varmaq, özünü çatdırmaq. □ ..Qara kəlin boynuna keçi piyi sürtməklə onun yerişini, gücünü artırmaq olmaz, onun ayağı ilə maşına çatmaq olmaz. (B.Bayramov).
3. ...yaşa qədər yaşamaq, yetişmək. □ Gəlin-gəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb, orta məktəb qurtarmışdı. (M.İbrahimov).
4. Müəyyən saya, həddə yetişmək. □ On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. (C.Məmmədquluzadə).
5. Kifayət etmək, bəs olmaq, yetmək; çatışmaq. □ Nadir maşın üstə su qaynatdı, çay dəmlədi və stəkan çatmadığı üçün qonşuya getdi. (B.Talıblı).
6. Bir şeyin zamanı gəlmək, gəlib-yetişmək, gəlib-çatmaq. □ İllər bir-bir sovuşdu, gəlib çatdım yetmişə, hələ də rast gəlmədim; bir kəs ki, arzusuna doyumunca yetişə. (R.Rza).
7. Qovuşmaq, yetişmək, birləşmək. □ ..bilmədi nə eləsin, başına nə çarə qılsın. Qız olduğunu da açıb desə, tamam biabır olacaq, öz sevgilisinə çata bilməyəcəkdir. (Nağıl).
8. Məlum olmaq, qulağa çatmaq, bilinmək. □ Verdiyevə bir şey də aydın oldu; deməli, Vahidin məsələsi yuxarılara çatmışdır. (Mir Cəlal).
9. Bərabərləşmək, bərabər olmaq, yetişmək, tay ola bilmək. □ Riyaziyyatda heç kəs ona çatmaz.
10. Əlləri ilə bir şeyin ətrafını tutmaq, qucaqlamaq, qavramaq. □ Sonra da gövdəsində qollarımı çatmışam; Onu bir ana bilib kölgəsində yatmışam. (Z.Xəlil).
11. Başa düşmək, dərk etmək. □ Sözlərdəki məna, səslərdəki titrəyiş isə Rüstəmə çatmırdı. (M.İbrahimov).
1. Yükləmək. □ Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Atalar sözü).
2. Ocağa, sobaya və s.yə odun və s. qoyub yandırmaq; qalamaq. □ Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. (İ.Şıxlı).
See also:
1. Qurudulmuş yarpaqlarından ətirli içki hazırlanan həmişəyaşıl ağac və ya kol. □ Çay kolu. Çay plantasiyası.
2. Həmin bitkinin ətirli içki hazırlamaq üçün xüsusi surətdə qurudulmuş yarpaqları.
3. Həmin yarpaqlardan dəmlənib hazırlanan ətirli içki. □ Şirin çay. Tünd çay.
4. Müxtəlif bitkilərdən, ədviyyatdan dəmlənib hazırlanan içki, yaxud çayı əvəz edən hər hansı bir surroqat. □ Kəklikotu çayı. Zəncəfil çayı.
5. Çay içmə, çay süfrəsi. □ Çaya dəvət etmək.
Coğrafiya. Öz hövzələrinə düşən atmosfer yağıntılarından və ya bulaqlardan qidalanan və özü əmələ gətirdiyi yataqla axan çoxlu və fasiləsiz təbii su axını. □ Çay yanında quyu qazmazlar. (Atalar sözü). Çayın sahili. Çayla başıaşağı üzmək.
See also:
1. Çay əkib-becərməklə məşğul olan adam, çaybecərən; çay mütəxəssisi. □ Çayçıların yarışı.
2. Çayxanada xidmət edən adam. □ İri mis samovarın qabağında duran çayçı stəkan-nəlbəkini cingilti ilə yuyurdu. (Q.İlkin).
3. Keçmişdə çay qoyub satan adam, çayxanaçı.
4. Çayçı dükanı, çayxana. □ İkinci gün Məhərrəm çayçıya gedərkən yolda həmin müsafir barədə fikirləşirdi. (H.Nəzərli).
1. Çay bitkisi əkib-becərməklə məşğul olan kənd təsərrüfatı sahəsi. □ Çayçılığın inkişafı seyrəkliyin ləğv edilməsindən, istehsal fondlarından, aqrotexniki tədbirlərdən asılıdır.
2. Çayxanada müştərilərə çay satmaqla məşğul olma. □ Əhalinin bir qismi də xırda ticarətlə- çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. (H.Sarabski).