Çayın okeana, dənizə, gölə, su anbarına, digər çaya töküldüyü, yaxud axının bitdiyi yer.
Sadə şəkilli (çay yatağı qollara ayrılmayan), delta və estuari formalı Ç.M.-lərinə rast gəlinir. Mənsəbi Dünya okeanı olan iri çaylara Amazon, Nil, Missisipi, Yansızı və s. aiddir. Mənsəbi daxili axarsız hövzə (Xəzər dənizi) olan ən uzun çay Volqadır. Bəzi çaylar sonda digər su hövzəsinə tökülmür – onlar ya buxarlanaraq, ya da torpağa hoparaq yox olur. Belə çayların mənsəbinə kor mənsəb deyilir. Daimi mənsəbi olmayan çaylar da var; məsələn, Qazaxıstanda Çu çayı ilin isti vaxtlarında səhrada itir, yağışlı aylarda Ağjayğın gölünə tökülür. Digər çaylar mövsümdən asılı olaraq qurumur, amma yataqlarını və mənsəblərini dəyişir.
See also:
Coğrafiya terminləri lüğəti