1. Bir çayın yatağının haçalanması nəticəsində ondan ayrılan su axını.
Belə Ç.Q., adətən, çay dərəsinin parçalanması, yaxud axının sürəti azaldığı yerlərdə toplanan çöküntülərin deltalar, adalar formalaşdırması zamanı yaranır. Əksər hallarda Ç.Q. müəyyən məsafədən sonra ayrıldığı çayla birləşir. Amma bəzən Ç.Q. özü ayrıca çaya çevrilir; məsələn, Kuban çayının 20 km uzunluğu olan qolu Köhnə Kuban Qızıldaş limanında müstəqil surətdə Qara dənizə tökülür.
2. Yataqlarının birləşməsi nəticəsində bir çaya tökülən digər çay.
Adətən, Ç.Q. qovuşduğu çaydan qısalığı və daha az sululuğu ilə fərqlənir. Lakin bəzən əks hallara da rast gəlinir; məsələn, Anqara çayının qolu sayılan Yenisey qovuşma yerində Anqaradan ikiqat artıq sululuğa malikdir. Ç.Q.-ları I, II, III və s. dərəcəli ola bilər. Bilavasitə baş çaya tökülən çay I dərəcəli qol, I dərəcəli qola tökülən çay II dərəcəli qol və s. adlanır. İri çay sistemlərində Ç.Q.-larının dərəcəsi 20-dək artır. Kür çayının I dərəcəli qolu Araz çayı, II dərəcəli qolu Arpaçay, III dərəcəli qolu isə Kişçaydır.
See also:
Coğrafiya terminləri lüğəti