dursun (durmaq feilindəndir) sözündəndir. Dursun kanarda qalsın, bir tarafda qalsın, sarf-nazar edak, haqqında danıçmayaq (qoy hələ baxaq, qoy hələ sakit qalsın, səs çıxarmayaq, sakit qoyaq görək nə olur anlamlarında) kimi mənaları ifadə edir.
Azərbaycan antroponimikasında qədim şəxs adları sırasında Dursun adının XV əsrdə mövcud olması barədə məlumatlara rast gəlinir. Dursun kişi adı qalsın, yaşasın, dünya durduqca dursun, dünya durduqca var olsun mənasını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidünya sözündən olub, dilimizdə bir neçə məna ifadə edir: 1. Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat; 2. Yer kürəsi, yer üzü, aləm; 3. mac. müəyyən ictimai quruluş, mədəni və ictimai-tarixi əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit; 4. mac. insanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hisləri, təəssüratı, təsəvvürləri; 5. mac. bütün insanlar, adamlar, el, xalq, camaat; 6. Çoxlu miqdarda mal, dövlət, pul (bu mənada bəzən cəm şəklində işlənir).
Dünya şəxs adı sözün dördüncü mənası ilə əlaqədardır. Dilimizdə Onların da öz dünyası var; Dünyaları yığıb altına, oturub; İki dünya bir ola, fikrimi dayiçmaram, Dünyanın har üzünü bilir və s. kimi ümumişlək ifadələr kifayət qədərdir. Azərbaycan antroponimikasında Dünya yalnız mürəkkəb kişi adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidünya və azərb. bir sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizdə bir dünya (həddən artıq, ən çox) mənasında Galiçinla bir dünya sevinc gatirdin; Bu bir dünyanı mana san baxç elamisan və s. ifadələr kifayət qədərdir. Dünyabir (bax: ad – DÜNYA; BİR) kişi adı insanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hisləri, təəssüratı, təsəvvürləri ilə əlaqədar olub, bir dünya şadlıq, sevinc mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidünya və azərb. malı sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Azərbaycanlı ailələrdə övlad ən böyük dövlət, sərvət, ailələr arasında körpü kimi qiymətləndirilmiş, övladsız ailələr hətta susuz dəyirmana bənzədilmişdir. Bu yanaşmaya “Kitabi-Dədə Qorqud” dastanlarında da rast gəlinir. Dilimizdə dünya malı ilə bağlı Sani heç dünya malına da dayiçmaram; Dünya malına çevrilib baxmaram və s. kimi məcazi ifadələr də geniş yayılmışdır. Dünyamalı (bax: ad – DÜNYA; MALI) kişi adı dünyaya gələn övladın bütün dünyanın sərvətinə, varına, malına bərabər tutulması ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiedil sözündəndir. Edil (İtil/İdil/Ədil) Volqa çayının qədim adlarındandır. Edil adı bəzi lüğətlərdə nədənsə ərəb mənşəli ədl sözündən formalaşmış Ədil kişi adı ilə qarışdırılır. Onomastik lüğətlərdə etnotoponim olduğu barədə mülahizələrə də rast gəlinir. Araşdırmalarda vaxtilə Xəzərin üç paytaxt şəhərindən birinin adının Edil olması barədə məlumatlar mövcuddur. Bu gün Türkiyənin Qars vilayətində kəndlərdən birinin adı Edillidir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Edil bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Edilov Yelmar (1946-1994) I Qarabağ müharibəsində komandirlik etdiyi hissə qəfil hücuma keçmiş işğalçı düşmənlə üz-üzə döyüşdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş igid döyüşçülərimizdən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiEdisson dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edissonun (1847-1931) soyadındandır. T.A.Edisson dünyada teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmiş şəxs kimi məşhurdur. O, həmçinin elektrovoz istehsalına başlamış, fonoqrafı kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində “alo” deyilmişdir. Öz ixtiraları və kəşfləri məşhur adamın soyadından yaranmış Edisson məişətimizə XX əsrin 30-cu illərindən daxil olmuş şəxs adları sırasındadır. Azərbaycanda nadir kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiehsan sözündəndir. Azərbaycan dilində sözün bir neçə mənası vardır: 1. Xeyirxahlıq, yaxşılıq, mərhəmət, kərəm yaxşılıq; 2. Bağışlanan bir şey, sədəqə, lütf bəxşiş, hədiyyə; 2. Savab kimi bir şey (yemək, pul və s.) vermək; 3. Ölmüş şəxsin xatirəsinə verilən yemək. Ehsan kişi adı sözün ikinci mənası ilə əlaqədardır.
Azərbaycan antroponimikasında övladın Yaradanın, Tanrının, Allahın bəxşişi olması mənasında kifayət qədər şəxs adı mövcuddur. Ehsan da bu qəbildən olan adlardan olub, Tanrının xeyirxahlığı, mərhəməti, lütfü, bəxşişi anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Ehzan da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiehtiçam sözündən olub, dilimizdə həddən artıq təmtəraq, gözqamaşdırıcı dəbdəbə, calal, əzəmət, təntənə anlamlarını ifadə edir. Bu gün bir sıra türk xalqlarının dilində də Ehtişam şəxs adına rast gəlinir. Azərbaycanda yalnız yaşlı nəslin nümayəndələri arasında rast gəlinən şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiel sözü camaat, tayfa, yaşayış yeri və s. anlamları ifadə edir. Qədim zamanlardan dilimizdə el/il sözünün ifadə etdiyi mənalar bu gün də qüvvəsini saxlamışdır. Bunlar, əsasən, xalq, camaat, insanlar, həmçinin dövlət, vilayət, ölkə mahal, bölgə, yer; tayfa, qəbilə, birlik və buna yaxın mənaları ifadə edir.
Türk antroponimik vahidlər sistemində el sözü müstəqil şəxs adı kimi mövcud olmasa da, komponent olaraq bir sıra mürəkkəb antroponimlərin əvvəlində, bəzilərinin isə sonunda işlənir. Məsələn, Eldar (bax: ad – ELDAR), Elsevər (bax: ad – ELSEVƏR), Elyar (bax: ad – ELYAR), Türkel (bax: ad – TÜRKEL), Günel (bax: ad – GÜNEL) və s. Qədim türk dillərində el/il sözü müasir dilimizdəki “el”, “ulus”, “xalq” mənasından savayı, həm də “il”, “ilik” sözləri ilə ifadə edilirdi və rəhbər, başçı, hökmdar demək idi. Türkiyə türklərinin məişətində bir sıra mürəkkəb şəxs adlarının tərkibində həm el, həm də il kimi işlənir. Məlum olduğu kimi, Türkiyədə el sözünün bir mənası da yad, özgə oğlu, başqa, başqası, kənardır. Lakin Azərbaycan antroponimikasında bu sıradan olan şəxs adlarındakı el sözü bu məna ilə əlaqədar deyildir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el sözü və Baxıç adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elbaxış (bax: ad – EL; BAXIŞ) kişi elin (yəni bir cəmiyyətdə yaşadığın kəslərin) baxışı, elin (nəyə isə) münasibəti, nəzəri, baxma tərzi anamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti