Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

GÜLƏLİ fars.

mürəkkəb adların tərkibində işlənən gül sözü və ərəb. Əli adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Güləli (bax: ad – GÜL; ƏLİ) kişi adı üstün olan Əli, təmiz niyyətli Əli mənalarını ifadə edir.

Adın təhrif olunmuş forması Gülalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Güləli bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti