bağır sözünün dilimizdə bir neçə mənası var: 1. İsim nitq hissəsi kimi qaraciyər anlamındadır. 2. Hərtərəfli məlumatlı, bilikli; 3. Yarımdairəvi yayın orta hissəsinə verilən addır; 4. Sökən, kəsən, parçalayan anlamını ifadə edir.
Bağır şəxs adının mənası bəzi lüğətlərdə məlumatlı, bilikli, bəzi mənbələrdə isə sökən, parçalayan kimi izah edilir. Məcazi mənada ürək, qəlb mənasındadır. Bağır kişi adı da sözün məcazi mənası ilə əlaqədardır. Məhəmməd şəxs adından (təhrif edilmiş Məmməd) başqa heç bir adla, yaxud sözlə birləşərək mürəkkəb ad yarada bilmir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibahadır (əslində bahader) sözündəndir. Bahadır kişi adı qorxubilməz, buğa kimi güclü, qüvvətli, igid, cəsur, qəhrəman, pəhləvan anlamlarını ifadə edir.
Qədim adlardan olan Bahadır slavyan dillərinə də keçmişdir. Rus dilindəki boqatır (богатырь) kəlməsi də bahadır sözündəndir. Bəzi mənbələrdə isə əski adlardan olan Batur, Batır, Boğatur, Boğatır, Buğadur adları ilə eyni kökdən olduğu iddia edilir. Adın təhrif olunmuş forması Bahadur da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibahar (əslində bahar) sözü yaz fəsli, yaz mənasındadır. Məcazi mənada ömrün gənclik çağı, cavanlıq anlamındadır.
Tarixi mənbələrdən belə bir məlumat da əldə edilir ki, Bahar/Baharlı etnonimdir, qədim türk tayfasının adı əsasında formalaşmışdır. Bahar antroponiminin tayfa adı ilə əlaqədar olması daha inandırıcı görünür. Lakin Azərbaycanda övladına bu adı verən valideynlər əsasən sözün yaz fəsli, ömrün yazı mənasını əsas götürürlər. Bir vaxtlar məişətimizdə müştərək şəxs adlarından olsa da, bu gün yalnız qadın adları sırasındadır. Adın məşhur daşıyıcılarından biri də Bahar Şirvanidir (18351883). XIX əsrdə Azərbaycan ədəbiyyatında lirik şeirin həyatiliyə, ictimailiyə doğru inkişafı, bədii forma baxımından zənginləşməsi əsrin 6070ci illərində yazıbyaradan Şirvan şairlərinin ustadı və müəllimi Bahar Şirvaninin adı ilə bağlıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibaxıç (baxmaq feilindən) sözündəndir. Baxış kişi adı müsbət mənada baxım tərzi, baxma tərzi, nəzər anlamındadır.
Müasir Azərbaycan dilində baxıçına qurban, Baxıçı ağlımı apardı və s. bu kimi ümumişlək ifadələr mövcuddur. Baxış məişətimizdə qədim adlardandır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Baxış bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk dillərində baxçi sözündəndir, səyyar xanəndələr, həkim, ovçu anlamındadır. Bəzi lüğətlərdə kahin, şaman, ustad, aşıq mənalarını ifadə etdiyi barədə məlumatlara rast gəlinir.
Qədim türk dillərində səyyarxanəndələrə verilən adlardan olmuşdur. Bununla yanaşı, Baxşı sözü dilimizdə bir neçə məna ifadə edir: 1.Yaradıcı aşıq, ifaçı aşıq – xanəndə; 2. Alim, müəllim; 3. Eşqə düşən, vurulan aşiq; 4. Katib; 5. Yazıçı, yazar. Baxşı şəxs adı sözün birinci mənası ilə əlaqədardır. Araşdırmalarda sözün qədim hindsanskrit və ya çin dillərindən Orta Asiya türk dillərinə keçməsi barədə qeyd edilir. Güman edilir ki, bu yolla Azərbaycan dilinə keçmişdir. XX əsrin əllinci illərində Baxşı adının yenidən populyarlıq qazanmasına Mir Сəlal Paşayevin “Bir gəncin manifesti” əsərinin də müəyyən təsiri olmuşdur. Əsərin gənc, həssas, vətənpərvər qəhrəmanı Baxşı oxucunun qəlbində dərin hislər buraxmışdı.
Azərbaycan şəxs adlarının izahlı lüğətibaqi/baki sözü və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bakixan (bax: ad – BAQİ; XAN) kişi adı əbədilik, həmişəlik xan, daimi idarə edə bilən (Tanrı) anlamını ifadə edir. Şəxs adı kimi əslində Bakixan olsa da, sonradan dilimizin fonetik qanunlarına uyğun dəyişərək Bakıxan kimi formalaşmışdır. Bakı
toponimi ilə heç bir əlaqəsi yoxdur. Məişətimizdə Bakıxan adı geniş yayılmış şəxs adları sırasında olmasa da, Bakıxanov soyadının kifayət qədər daşıyıcısı mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətibala sözü bir neçə mənada işlənir: 1. Övlad, uşaq; 2. Balaca, kiçik, körpə (bala).
Azərbaycan dilində həm özündən kiçiklərə, həm də həmsöhbətə bala deyə müraciət edilir. Məsələn, Ay bala, söza qulaq as, xeyrinadir. Ay balam, man na bilim ki, sonu bela olacaq. Bu da onu göstərir ki, Bala dilimizdə həm də müraciət forması kimi işlənir. Azərbaycan antroponimikasında müstəqil bala adı ilə yanaşı, tərkibində Bala adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adı da mövcuddur. Məsələn, Balabəy, Balaxan, Balaxanım, Balabəyim və s. Bala adından soyad da formalaşmışdır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Bala bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən Bala adı və arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Balaağa adı bu gün Balağa formasındadır. Balağa (bax: ad – BALA; AĞA) kişi adı Bala ağa anlamındadır. Azərbaycanın cənub bölgəsində geniş yayılmış adlardandır. Bu cür adların məzmununda bir yumşaqlıq özünü büruzə verir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən Bala və Baba adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balababa (bax: ad – BALA; BABA) kişi adı baba yerində bala anlamını ifadə edir. Məlum olduğu kimi, azərbaycanlı ailələrin bir çoxunda, yuxarıda qeyd etdiyimiz kimi, babanın adının nəvəyə verilməsinə teztez rast gəlirik. Bu, artıq ənənəyə çevrilmişdir. Babaya-ailənin başçısına olan ehtiramdan irəli gələrək hər dəfə uşağı çağırarkən uşağı rəsmi adı (babasının adı) ilə deyil, məzmununa uyğun başqa adlarla çağırmaq ənənəsi burada da özünü göstərir. Məsələn, Ata (bax: ad – ATA), Dədə (bax: ad – DƏDƏ) və s. Balababa da bu qəbildən olan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti