Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALASƏR azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala sar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balasər (bax: ad – BALA; SƏR) kişi adı məğrur, qürurlu, vüqarlı anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Baləsər də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAŞİRİN azərb.

mürəkkəb adların tərkibində iştirak edən Bala Şirin adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balaşirin (bax: ad – BALA; ŞİRİN) kişi adı balanın hər şeydən şirin olması anlamındadır. Müasir Azərbaycan dilində Bala baldan çirindir, bala har çeydan çirindir, bala candan da çirindir və s. kimi deyimlərə, atalar sözlərinə, ifadələrə istənilən qədər rast gəlmək olar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAVERDİ azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala verdi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balaverdi (bax: ad – BALA; VERDİ) kişi adının məzmununda Allahverdi (bax: ad – ALLAHVERDİ), Tanrıverdi (bax: ad – TANRIVERDİ), Allahverən (bax: ad ALLAHVERƏN), Tanrıverən (bax: ad – TANRIVERƏN), Baxşeyiş (bax: ad – BAXŞEYİŞ) və s. kimi adlarda olduğu kimi, ailəyə övlad payı verdiyi üçün, bir növ, Tanrıya şükür hissi ifadə olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAYAR azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala və fars. yar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balayar (bax: ad – BALA; YAR) kişi adı Azərbaycan antroponimikasında alqış, dua məzmunlu şəxs adları sırasında olub, bütün ömrü boyu balama yar ol, Allah, həmçinin bütün işlərində Tanrı sənə yar olsun, bala anlamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BARAT ərəb.

barat (əslində bərat) sözündəndir. Azərbaycan dilinin ahəng qanununa uyğun olaraq “barat” forması almış ərəb sözü bərat əslində bədirlənmiş Ay anlamını ifadə edir.

Sözün paklıq, təmizlik kimi məcazi mənaları da mövcuddur. Qədim ərəblər gecə vaxtı, bədirlənmiş Ay ziyasında dünyaya gələn uşağa (istər oğlan, istərsə də qız) çox zaman Barat adı verirdilər. İnanclara görə, bu adı verməklə dünyaya gələn övladın taleyi bədirlənmiş Ay kimi nurlu, adsanı ləkəsiz, təmiz olacaqdır. Təbiidir ki, hər ayın öz barat gecəsi olur və ayrıayrılıqda onların hər biri gözəldir. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Barat adının bərat gecəsi ilə əlaqədar olması daha inandırıcıdır. İslam dininə görə, qəməri ilinin şəban ayının on beşində cərəyan edən hadisələr, həmçinin Cəbrayıl tərəfindən Məhəmmədə peyğəmbərliyin verilməsi də bərat gecəsinə təsadüf edir. Zaman keçdikcə məhz bu səbəbdən müsəlman aləmində yalnız şaban ayının bərat gecəsi xüsusilə əziz sayılmağa başladı. Çünki Məhəmmədə peyğəmbərliyin verilməsi də, onun qızı Fatimənin toyu da müxtəlif illərin həmin gecəsinə təsadüf etmişdi, nəhayət, XII imam Mehdi də bu ayda dünyaya gəlmişdir. Beləliklə, hər ilin on iki gözəl bərat gecəsinin təkcə biri – şaban ayının on beşinci gününə keçən gecə əsl mənada gözəl hesab edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti