Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BARXUDAR fars.

barxurdar sözündəndir. Barxudar antroponimi istədiyinə nail olan, kamına çatan, xeyir görən; istifadə edən, xoşbəxt mənasındadır.

Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Barxudar bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Qafqaz respublikalarının hər üçündə Barxudar/Bərxudar kişi adı mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti