Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BARAT ərəb.

barat (əslində bərat) sözündəndir. Azərbaycan dilinin ahəng qanununa uyğun olaraq “barat” forması almış ərəb sözü bərat əslində bədirlənmiş Ay anlamını ifadə edir.

Sözün paklıq, təmizlik kimi məcazi mənaları da mövcuddur. Qədim ərəblər gecə vaxtı, bədirlənmiş Ay ziyasında dünyaya gələn uşağa (istər oğlan, istərsə də qız) çox zaman Barat adı verirdilər. İnanclara görə, bu adı verməklə dünyaya gələn övladın taleyi bədirlənmiş Ay kimi nurlu, adsanı ləkəsiz, təmiz olacaqdır. Təbiidir ki, hər ayın öz barat gecəsi olur və ayrıayrılıqda onların hər biri gözəldir. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Barat adının bərat gecəsi ilə əlaqədar olması daha inandırıcıdır. İslam dininə görə, qəməri ilinin şəban ayının on beşində cərəyan edən hadisələr, həmçinin Cəbrayıl tərəfindən Məhəmmədə peyğəmbərliyin verilməsi də bərat gecəsinə təsadüf edir. Zaman keçdikcə məhz bu səbəbdən müsəlman aləmində yalnız şaban ayının bərat gecəsi xüsusilə əziz sayılmağa başladı. Çünki Məhəmmədə peyğəmbərliyin verilməsi də, onun qızı Fatimənin toyu da müxtəlif illərin həmin gecəsinə təsadüf etmişdi, nəhayət, XII imam Mehdi də bu ayda dünyaya gəlmişdir. Beləliklə, hər ilin on iki gözəl bərat gecəsinin təkcə biri – şaban ayının on beşinci gününə keçən gecə əsl mənada gözəl hesab edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti