arslan sözü şir, aslan mənasındadır. Aslan adının qədim formasıdır.
Türk qəbilələrindən olan Qaraxanilərdə, həmçinin Səlcuqlarda titullarla da işlənməsinə rast gəlinir. Qızıl Arslan, Alp Arslan və s. Bununla yanaşı qeyd etməliyik ki, Arslan adına- VIII əsr ərəb məxəzlərində də təsadüf edilir. VII-VIII əsrlərə aid edilən “Kitabi-Dədə Qorqud” dastanlarında surətlərdən birinin adı Qara Arslan Məlikdir. Tarixi mənbələrdə qeyd edilir ki, Arslan şah Səlcuq hökmdarı Sultan Məsudun (1135-1152) qardaşı II Toğrulun oğlu olmuşdur. II Toğrulun ölümündən sonra Sultan Məsud Eldəgizi azyaşlı oğlu Arslan şahın atabəyi təyin etmiş və Arana göndərmişdir. Atabəy Eldəgizin Arslan şahın İraqda sultan olmasında özünəməxsus xidmətləri olmuşdur. Əvvəllər müstəqi ad kimi, həmçinin titullarla işlənən Arslan hazırda dilimizdə çox nadir hallarda təsadüf edilən adlardandır. Əsasən Aslan (bax: ad – ASLAN) kimi işlənir. Bu gün həm Arslan, həm də Aslan adları rəsmi adlar olsa da, Arslan antroponimi şifahi danışıqda Aslan kimi tələffüz edilir. Qeyd etmək lazımdır ki, dünya dillərinin əksəriyyətində ya aslan, ya da aslanla əlaqəli isim, sifət bildirən adlar var. Məsələn, alman dilində Lion, fransız dilində Lion, ingilis dilində Li, Lion, Lyon, Lionell, Lyonell, ərəb dilində Əsəd (bax: ad – ƏSƏD), Heydər (bax: ad – HEYDƏR), rus dilində Lev və s. Rus dilində bu gün də mövcud olan Ruslan adı da Arslan adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiarthur sözü ayı kimi güclü mənasını ifadə edir.
Bu gün Artur adı dünyanın bir çox ölkəsində yayılmış kişi adlarındandır. Azərbaycanda çox az da olsa, Artur şəxs adına rast gəlinir. Cənubi Qafqazın digər iki respublikasında da geniş yayılmış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiqəd. türk dilində aruz sözü bir neçə mənada işlənir: 1. Bö- yük, iri; 2. Hədəf; 3. Təcrübəli, anlayan, uğurlu; 4. Yorğun, yorulmuş, əldən düşmüş; 5. Övliya, ruhani; 6. Zahid, tərkidünya.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Aruz adı sözün üçüncü mənası ilə, yəni təcrübəli, anlayan,uğurlu mənası ilə əlaqədardır. Qədim adlardan hesab edilir. Hələ ilk yazılı abidəmiz hesab edilən “Kitabi-Dədə Qorqud” dastanlarında Aruz antroponiminə iki dəfə rast gəlinir. Birincisi, Aruz Qoca – oğuz elinin bəylərinin başçısı, Salur Qazanın dayısı, Qazan xana qarşı çıxan üsyanın rəhbəridir, ikincisi isə qaniçən, yırtıcı Təpəgözü öldürən Basatın atasıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiar(e)zu müasir Azərbaycan dilində istək, niyyət mənasındadır.
Mənbələrdə Arzu Ütaridin (planet) türkcə adı kimi (latınca Mеrkuri) də göstərilir. Bir sıra türk xalqlarının məişətində hələ orta əsrlərdə mövcud olmuş Arzu şəxs adı sonradan nədənsə unudulmuşdur. Arzu şəxs adı XX əsrin 50-ci illərindən yenidən məişətimizə daxil olmuşdur və bu günə kimi də dəbdən düşməyən adlar sırasındadır. Keçən əsrin 80-ci illərinə qədər Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Arzu adı qoyulan oğlanlarla qızların sayı təxminən bərabər olmuşdur. Lakin son iyirmi beş-otuz ildə ad daha çox qız övladlara verilmişdir. Bu gün artıq Arzu adlı oğlanların yaşı otuzdan yuxarıdır desək, yəqin ki, yanılmarıq.
Azərbaycan şəxs adlarının izahlı lüğətiar(e)zumand sözü arzu edilən, istənilən, arzu, istək, məram; böyük arzu, yüksək məram, ulu istək; çox istənilən adam mənasındadır.
Sonradan dilimizin fonetik qanunlarına müvafiq Arzuman kimi tələffüz edilən, yazıda da bu cür formalaşmış şəxs adı arzu edilən, istənilən adam, insan mənasını ifadə edir. Adın təhrif olunmuş forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Son otuz ildə Azərbaycanda bir zamanlar populyar Arzuman şəxs adı öz populyarlığını itirmişdir desək, yanılmarıq. Cənubi Qafqazın digər respublikalarında mövcud kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyoasaf (həmçinin yehoasaf, yosafat) sözü bu gün həm ərəb dilində, həm də Azərbaycan dilində asəf formasındadır.
Asəf ərəb dilinə çox erkən dövrlərdə keçmişdir. Dilimizə birbaşa deyil, ərəb dilindən keçdiyinə görə həmin dildə olduğu kimi tələffüz edilmişdir. Asəf müasir Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Allah mühakimə etdi; Tanrı hökm verdi; Allah toplayıb apardı; Tanrı yığdı, apardı. 2. Ağıllı, tədbirli. Asəf kişi adı sözün ikinci mənası ilə əlaqədar olub, ağıllı, tədbirli anlamlarını ifadə edir.
“Qurani-Kərim”də Səba məlikəsi Bilqeyisin taxtını Yəməndən Fələstinə göz açıb yummadan Həzrət Süleymanın yanına gətirmiş birisinin onun vəzirlərindən Asəf olduğu deyilən, amma adı ifadə edilməyən (peyğəmbər olmayan) bir şəxs barədə bəhs edilmişdir. Qədim dini rəvayətlərdə Süleyman (yəhidilərdə Solomon) Peyğəmbərin çox ağıllı, tədbirli vəzirinin adı Yosafat olmuşdur. Lüğətlərdə “nazir”, “vəzir” anlamına gəldiyi də göstərilir. Adın daşıyıcılarından XX əsrin musiqiçilərindən biri, görkəmli bəstəkarlardan Q.Qarayev və T.Quliyevin müəllimi olmuş, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallıdır (1909-1932). İstedadlı bəstəkar “Uşaq süitası” əsəriylə Azərbaycan uşaq musiqisinin əsasını qoymuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiasif sözü çox sərt, şiddətli külək, qasırğa, boran anlamına gəlir.
XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış şəxs adlarından olsa da, sonradan populyarlığını itirmiş adlardandır. Ailələrdə əsasən Arif, Yusif, Vaqif kimi adlara həmqafiyə olaraq qoyulan kimi adlarındandır. Azərbaycan antroponimikasında soyad kişi formalaşmayan adlardandır. Adın daşıyıcılarından I Qarabağ müharibəsində erməni işğalçılarına qarşı ağır döyüşlərdə göstərdiyi mətinliyə, qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Asif Məhərrəmov (1952-1994) xalqımızın dəyərli oğullarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiasim sözü təmiz, ismətli, həyalı; qoruyucu, mühafizəçi, namusunu qoruyan anlamına gəlir.
İslamda Məhəmməd Peyğəmbəri qoruyan, müdafiə edən mənasında da işlədilir. Mənbələrdə Mədinə şəhərinin qədim adının Yəsrib Asim olduğu da göstərilir. Adın mənası ilə bağlı dilçilikdə mübahisələr yaranmasa da, bəzi izahlı lüğətlərdə fars dilində olan asim sözündən olması göstərilir. Fars dilində Asim kişi adı ustad, öz işinin bilicisi, mahir usta mənasındadır. Bu fikirləri də tam kənarlaşdırmaq olmaz.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAslan adı və mürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aslanbəy (bax: ad – ASLAN; BƏY) kişi adı Aslan bəy mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aslanbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAslan adı və mürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aslanxan (bax: ad – ASLAN; XAN) kişi adı Aslan xan mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aslanxan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaçara sözü on (miqdar sayı), həmçinin onuncu, ondabir mənasındadır.
Məlumdur ki, ərəb dilində kişi adları samitlə bitir. Tələffüzdə səsdüşümü (sonuncu a hərfinin düşməsi) nəticəsində Aşar®Aşur kimi işlənmiş, sonradan Aşur müstəqil ad olaraq rəsmiləşmişdir. Əvvəllər ailədə onuncu oğlan övlada Aşur adı qoyulmuşdur. Bu gün artıq neçənci olmasından asılı olmayaraq oğlan uşaqlarına qoyulan addır. İslam tarixinə “Qətl günü” kimi düşən Məhərrəm ayının onuncu günü “Aşura” sözü ilə əlaqədardır. Məlum olduğu kimi, həmin gün İslam tarixində matəm günüdür. Məhərrəm ayının 10-da, Aşura günü Kərbəla yaxınlığında Xəlifə Yəzidin qoşunu qohumu Hüseynin qoşununu darmadağın etmişdir. Öz tərəfdarları ilə birləşməsinə mane olmaq üçün onları sözün əsl mənasında qanına qəltan etmişdir. Kərbəla çölündəki bu dəhşətli faciə şiəlikdə Aşura günü (matəm günü) kimi elan edilmişdir. Məhərrəm ayının onuncu günü doğulan oğlan uşaqlarına çox zaman Aşur adının qoyulması da bununla əlaqədardır. Lüğətlərdə Aşur şəxs adı həm də qədim zamanlarda uzun yola çıxan karvanları qoruyan, həmçinin vergi toplayanlara müraciətlə deyilən aşur sözü ilə də əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Açur adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aşurbəy (bax: ad – AŞUR; BƏY) kişi adı Aşur bəy anlamındadır. Azərbaycan tarixində Aşurbəyov soyadı məşhur adlar sırasındadır. Nəslin kökündə Aşur bəy Avşar dayanır. Məşhur Nadir şahın da aid edildiyi Avşar elindən olması barədə məlumatlar mövcuddur. Aşurbəyovlar nəslinin tariximizdə iz qoymuş bir çox parlaq nümayəndələri də məşhurdur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aşurbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Açur və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Məlum olduğu kimi, lüğətlərdə Aşur adının həm də karvanları qoruyan mənasını qeyd edirlər. Aşurəli (bax: ad – AŞUR; ƏLİ) kişi adı aşur Əli, yəni karvanları qoruyan Əli mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti