Şәrq әdәbiyyatında lirik şeir növlәrindәn biri; dini mövzuda qəsidə və ya məsnəvi.
Minacatın leytmotivini Tanrıya yalvarış, səcdə, sitayiş təşkil edir. Bu şeirlərdə Allahın qüdrәt vә ülviyyәti, ilahi ehkamlar vә s. tәrәnnüm edilir. Dәbdәbәli üslub, hәdsiz mübaliğә minacatda әsas yer tutur. Dini mərasimlərdə minacatlar musiqi ahəngi ilə oxunarmış.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDanışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi.
Modal sözləri şərti olaraq aşağıdakı məna növlərinə ayırmaq olar: təsdiq bildirən modal sözlər: əlbəttə, həqiqətən, doğrusu, düzü və s.; ehtimal, güman və şübhə bildirən modal sözlər: gərək, yəqin, görünür, deyəsən və s.; nəticə və ümumiləşdirmə bildirən modal sözlər: deməli, yaxşı, demək, xülasə, beləliklə, nəhayət və s.; fikrin mənbəyini bildirən modal sözlər: məncə, fikrimizcə və s.; təəssüf bildirən modal sözlər: təəssüf ki, heyif ki, əfsus ki və s.; bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil, elə bil ki və s. Bütün modal sözlər ayrı yazılır, cümlə üzvlərindən vergüllə ayrılır (sanki, elə bil, elə bil ki, guya istisna olmaqla) və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. monos – tək, vahid + grapho – çəkirəm, yazıram
Ədəbiyyatşünaslıqda müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin yaradıcılığına həsr edilən elmi əsər.
Sözün etimologiyasından çıxış edərək çox zaman monoqrafiyanı bir müəllif tərəfindən yazılmış tədqiqat əsəri kimi qələmə verirlər; məs.: Mir Cəlalın “Füzuli sənətkarlığı”, M.İbrahimovun “Böyük demokrat” monoqrafiyaları və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. monos – tək, vahid + logos – söz
Bәdii әsәrdә bir obrazın sәhnədәki digәr surәtlәrә, yaxud öz-özünә müraciәtlә söylәdiyi nitq.
Monoloq daha çox dram əsərlərinə xasdır və əsasən, əsərin baş qəhrəmanı tərəfindən söylənir. O, qəhrəmanın daxili alәmi və ruhi vəziyyətinin açılmasına xidmәt edir. Bir çox klassik әsәrlәrdә, adәtәn, baş qәhrәmanın monoloqunda əsərin ideyası açılır, yaxud hadisәlәrә yekun vurulur; məsələn, “Hamlet”də (V.Şekspir) Hamletin, “Ölülər”də (C.Məmmədquluzadə) Kefli İsgəndərin, “İblis”də (H.Cavid) Arifin monoloqu və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. morphe – forma + logos – təlim
Qrammatikanın sahələrindən biri: nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edən dilçilik bölməsi.
Morfologiyanın obyekti sözdür. Leksikadan fərqli olaraq morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir. Sintaksisdən fərqli olaraq morfologiyada sözlər hər hansı sintaktik vahidin elementi kimi tədqiq edilmir. Burada tək-tək sözlərə deyil, bütöv söz qruplarına aid olan qrammatik xüsusiyyətlər (aid olduğu nitq hissəsi, hansı suala cavab verməsi, quruluşca növü, qrammatik məna növü və s.) araşdırılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQuruluş, cins, hal, kəmiyyət və s. kateqoriyalar baxımından sözü səciyyələndirən təhlil.
Nümunə:
O, uşaqlara ötəri baxaraq yoluna davam etdi.
1. “Ötəri” zərfi quruluşca düzəltmədir, “öt” feilindən düzəlmişdir.
2. Mənaca tərzi-hərəkət zərfidir.
3. Necə? sualına cavab verir.
4. Feili bağlamanın tərkib hissəsi kimi tərzi-hərəkət zərfliyi rolunda iştirak edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. motif < lat. moveo – hərəkət etdirirəm
Ədəbi mətnin sabit məzmun komponenti, süjet inkişafının ən sadə vahidi.
İstənilən süjet bir-biri ilə sıx əlaqəli motivlərin qarışığıdır. Eyni motiv müxtəlif süjetlərin əsasında dura və fərqli həllini tapa bilər. Bədii mətnin komponentlərindən biri kimi motivlər (məs.: alicənab quldur, gözəl şahzadə, gözəl qızın bəladan xilas edilməsi, cəngavər qadın və s.) dünya xalqlarının istər mifoloji-folklor, istərsə də yazılı ədəbiyyatında əks olunur. Motiv müəllifin bir və ya bir neçə əsəri çərçivəsində (məsələn, silsilə təşkil edən əsərlər – R.Rzanın “Rənglər” silsiləsi) və ya onun bütün yaradıcılığı kontekstində (B.Vahabzadə, X.Rza yaradıcılığında bütöv Azərbaycan və istiqlal ideyaları), eləcə də müəyyən dövr ədəbiyyatı kontekstində (Azərbaycan ədəbiyyatında XIX əsrin 90-cı illərindən başlayaraq Qarabağ problemi) müəyyənləşdirilə bilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq yaradıcılığına aid şeirlərdə şairin adının verildiyi son bənd.
Qoşma, gəraylı, təcnis, müxəmməs kimi şeir formalarında istifadə olunur; məsələn:
Alıyam, söz deyib, yaza bilmərəm,
Şad olub, qürbətdə gəzə bilmərəm,
Hərcayı sözlərə dözə bilmərəm,
Alışsam, yanmaram öz vətənimdə. (Aşıq Alı)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİki yarımdairəvi xətdən ibarət qoşa durğu işarəsi – ( ).
Bu işarədən aşağıdakı hallarda istifadə olunur: 1) əsas fikri tamamlayan sözləri, birləşmələri, cümlələri nəzərə çatdırmaq üçün: “Qarabağ” (Ağdam) səfərdə də gözəl oyun nümayiş etdirdi; 2) dramatik əsərdə remarkaları fərqləndirmək üçün: Səadət xanım (daxil olur) – Gülbahar, nə olubdur? (N.Vəzirov); 3) müəyyən şəxsin anadan olduğu və vəfat etdiyi il, əsərin nəşr tarixi göstərilərkən: Aşıq Ələsgər (1821-1926) lirikasının əsasını məhəbbət mövzusu təşkil edir; 4) şəxs, əşya, hadisə haqqında əlavə məlumat verdikdə: Rübai (dördlük) klassik şeir janrlarından biridir; 5) sitatın mənbəyini bildirərkən: Yüz ölç, bir biç (atalar sözü).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFolklorda ilin müxtəlif fəsilləri ilə bağlı nəğmələr.
Bu nəğmələrdə fəsillərə münasibət ifadə edilir; məsələn, qışdan əziyyət çəkən insanlar yazın tez gəlməsini arzulayırlar. “Xıdır Nəbi”, “Yel baba”, “Duman, qaç”, “Günəş, çıx”, “Yağmur, gəl” kimi nəğmələr mövsüm nәğmәlәridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYazıçının әsәrdә müәyyәn hәyat materialı vasitәsilә işıqlandırdığı problematika.
Əsərin mövzusu, məzmunu və ideyası bir-biri ilə bağlı anlayışlardır. Əsərdəki həyat materialı məzmun, bu material vasitəsilə yazıçının toxunduğu problem mövzu, oxucuya çatdırmaq istədiyi fikir isə ideyadır. Ayrı-ayrı yazıçıların dünyagörüşündәn, bәdii yaradıcılıq metodundan asılı olaraq eyni bir mövzu hәr müәllifdә özünәmәxsus şәkildә işıqlandırılır. Əsәrdә әsas mövzudan әlavə, onunla әlaqәdar yardımçı mövzular da ola bilər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQrammatik cəhətdən cümlə üzvlərinin heç birindən asılı olmayan baş üzv.
Mübtəda kim? nə? hara? suallarına cavab verir. Mübtədanın əsas morfoloji ifadə vasitəsi adlıq halda işlənən isimdir. Bundan əlavə, mübtəda əvəzlik, məsdər, substantivləşən nitq hissələri, habelə söz birləşmələri ilə də ifadə olunur; məs.: Mən vətənimi çox sevirəm (əvəzlik). Yaşamaq yanmaqdır, yanasan gərək (məsdər). Azərbaycan müstəqil respublikadır (isim). Güllərin ətri ətrafa yayılır (III növ təyini söz birləşməsi).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədə buraxılmış və ya əvəzlik-qəliblə ifadə olunmuş mübtədanın əvəzində işlənib onun suallarına cavab olan budaq cümlə.
Budaq cümlənin bu növündə baş cümlə budaq cümlədən həm əvvəl, həm də sonra gələ bilər. Əvvəl gəldiyi zaman əlaqə vasitəsi ya intonasiya, ya da ki tabelilik bağlayıcısı olur: Düz beş ildir (nə?), mən heç yerə getmirəm. Düz beş ildir ki (nə?), mən heç yerə getmirəm. Baş cümlənin budaq cümlədən əvvəl gəldiyi mübtəda budaq cümlələrində çox zaman əvəzlik-qəlib işlənir. Bu zaman əvəzlik-qəlib nə?, bəzən də kim? sualına cavab verir: O da (nə?) məlumdur ki, doğruya zaval yoxdur. Bu da (nə?) həqiqətdir ki, biz haqqın tərəfdarıyıq. Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi mübtəda budaq cümlələrində kim, kim ki, hər kim, hər kim ki, nə, hər nə, hər nə ki bağlayıcı sözləri işlənir. Baş cümlədə isə əvəzlik-qəlib işlənə də bilər, işlənməyə də bilər; məs.: Kim ki zəhmət çəkir, bəhrəsini görər. Hər kim gəncliyini zəhmətsiz keçirsə, o, gələcəkdə peşman olacaq. İkinci cümlədən göründüyü kimi, bağlayıcı sözlə -sa2 şəkilçisi eyni zamanda əlaqə vasitəsi ola bilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin bəhrlərindən biri.
“Müctəs” sözünün lüğəvi mənası “kəsilmiş”, “kökündən qoparılmış” deməkdir. Bu bəhrin təfiləsi belədir: MəfAilün fəilAtün məfAilün fəilAtün; məsələn:
Nə mülkü-mal mənə çərx versə məmnunam,
Nə mülkü-maldan avarə qılsa məhzunam.
Həyat sərf edübən, dərd qılmışam hasil,
Sirişki-alü, rüxi-zərd qılmışam hasil. (M.Füzuli)
Müctəsin 8 növü olduğu bildirilir. Bu bəhrin 4 növündən Azərbaycan poeziyasında istifadə olunub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti