Epik və dramatik əsərlərdə yazıçının məqsəd və qayəsini əks etdirən aparıcı surət.
Əsasən, müsbət idealın daşıyıcısı olur. Çox zaman tarixi şəraiti, mühiti, sosial-iqtisadi quruluşu, müəyyən bəşəri və milli-mənəvi dəyərləri özündə əks etdirir. Bəzən mənfi surət kimi təqdim olunan baş qəhrəmanlara da (məs.: Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində Qacar obrazı) rast gəlmək olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti