Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müsvəddə

Əsərin müəllif tərəfindən yazılmış ilk əlyazma nüsxələri.

M.-ni şərti olaraq müəllif qaralaması da adlandırmaq olar. Burada müəllifin öz əsəri üzərindəki redaktə qeydləri də əks olunur. Bu baxımdan dünyanın məşhur müzeylərində və institutlarında qorunub saxlanılan M.-lər mətnşünaslar üçün qiymətli mənbədir. Onlar qədim əsərlərin yazılma tarixini və müəllifin yaradıcılıq xüsusiyyətlərini daha dərindən araşdırmağa kömək edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müşairə

Şərq ədəbiyyatında şeir forması; şeirlәşmә, deyişmə.

Aşıq deyişməsindən fərqli olaraq M., adətən, mübahisə yox, fikir mübadiləsi şəklində olur. Azәrbaycan şairlərinin mənzum mәktublaşmalarını M. saymaq olar. M.-nin vahid bədii forması və mövzusu yoxdur. Bununla belə, eyni M.-nin tərəfləri birinci beyt və ya bənddəki forma və mövzunu davam etdirirlər. Məsələn, Vidadi ilə Vaqifin M.-si dördlüklə yazılıb. Hər misrada on bir heca var. Hər bənddə üç misra qafiyələnir, sonundakı misra isə “ağlarsan” rədifi ilə tamamlanır. “Mәclisi-üns”ün üzvlәri arasında gedәn aşağıdakı poetik dialoqun forma və məzmunu isə tamam fərqlidir:

Natəvan:

Kaş әzәldәn gәlmәyəydim, ey fәlәk, dünyayә mәn,

Kəminә:

Gәldiyim gündәn әsirəm bir quru sevdayә mәn,

Fәna:

Vermişәm dil, bel bağlayıb bir vәfasız dilbәrә,

Növrәs:

Salmışam, billah, bәlasız başımı qovğaya mәn...

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti