Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məqalə

Ədəbi tənqidin əsas janrlarından biri.

Adətən, dövri mətbuatda dərc olunan məqalə çox zaman yeni ədəbi nəşrlərlə bağlı olur və resenziya xarakteri daşıyır. Bununla yanaşı, ədəbi dərgilərdə nəzəri və tarixi səpkili elmi-ədəbi məqalələr də dərc olunur. İrihəcmli monoqrafiyalardan fərqli olaraq məqalə hər hansı ədəbi fakta və ya ədə­biy­yat­şü­nas­lığın dar bir probleminə həsr olunur. Bəzən tənqidçi və ədə­biy­yatşünaslar böyük tədqiqatın ayrı-ayrı bitkin hissələrini məqalələr şəklində dərc etdirirlər.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti