Falçılıqla bağlı mənzum və ya mənsur mətnlər.
F.-lərin mənşəyi islamdan öncəyə, bu mətnlərin əksəriyyəti isə islamdan sonrakı dövrlərə aiddir. Şərqdə “Miskinnamə” (Ömər Ruşi), “Fali-murqan” (Zaifi), “Fali-Reyhan” (Cem Sultan) kimi əsərlər bu mövzuda yazılmış əsas əsərlərdir. Türklərə aid ilk F. qədim uyğur dilində yazılmış “Irk bitig”dir. O, Orxon-Yenisey əlifbası ilə kağız üzərində yazılmış və müasir dövrümüzə gəlib çatmış yeganə kitabdır. “Irk bitig”i macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907-ci ildə Çinin Dunhuang şəhərində yerləşən Bin Buda mağaralarında tapıb. İndi isə İngiltərənin London şəhərindəki Britaniya muzeyində saxlanılır. Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər-qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. phantastike – təsəvvür, təxəyyül bacarığı
Gerçəkliyin irrasional, mistik, fövqəltəbii şəkildə təsviri.
F.-ya xas olan əsas cəhətlər bədii şərtiliyin yüksək dərəcəsi, təsvir olunan gerçəklikdə real məntiqi əlaqənin və obyektiv qanunauyğunluğun pozulmasıdır. Bununla yanaşı, F., sadəcə, “təxəyyül sərbəstliyi” deyil; yazıçının qələmə aldığı fantastik dünyada oxucunun real aləmdə qarşılaşdığı sosial fenomenlər və mənəvi dəyərlər aydın sezilir. F.-nın poetikası real aləmin ikiləşməsi ilə bağlıdır. Burada baş qəhrəman ya tamamilə mistik, qeyri-adi bir aləmə düşür (məsələn, C.Sviftin “Qulliver”ində və ya L.Kerrollun “Alisa möcüzələr ölkəsində” əsərlərində olduğu kimi), ya da o, fantastik, irreal hadisələrlə üzləşir (H.Uelsin “Görünməz adam” və ya Anarın “Əlaqə” povestlərində olduğu kimi). Fantastik obrazlılıq şifahi və yazılı ədəbiyyatın bütün dövrlərində müxtəlif janrlarda (nağıl, əfsanə, epos, qrotesk, satira və s.) bu və ya digər dərəcədə özünü göstərib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. phantasma – xəyal + agoreuo – danışıram
Bədii əsərdə təsvir olunan mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalar; bu cür epizodlarla zəngin bədii əsər.
F. fantastikanın bir növüdür və elmi fantastikadan kəskin surətdə fərqlənir. Burada müəllif baş verən mistikanın izahı qayğısına qalmır, əksinə, onu tamamilə normal bir hadisə kimi qələmə alır. Bu cür əsərlər, adətən, ümumilikdə realist üslubda yazılır və fantasmaqorik obraz və ya hadisə əsərin ideyasının qabardılmasına xidmət edir. F. elementləri bədii əsərlərdə həmişə mövcud olub. Lakin ədəbiyyatşünaslıqda bu termin XX əsrin sonlarında M.Bulqakovun “Usta və Marqarita” əsəri məşhurlaşdıqdan sonra meydana gəlib. Azərbaycan ədəbiyyatında Y.Səmədoğlunun “Qətl günü” romanı, eləcə də Anarın “Əlaqə” povesti F. elementləri ilə zəngindir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. feerie > fee – sehrkar, cadugər
Bədii əsərdə fikrin tam açılması məqsədilə fantastik elementlərdən (sehr, cadu) istifadə olunması.
İlkin olaraq bu söz teatr tamaşalarının quruluşunda istifadə edilən sehr-cadu səhnələrinə şamil olunurdu. XVII əsrdə İtaliyada yaranmış bu priyom sonralar Avropa teatrında geniş yayılıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərbi yürüşlər, fəth edilən qala, şəhər və ölkələr haqqında xəbər verən yazılı məlumat.
Osmanlı dövründə XVI əsrdən etibarən geniş yayılıb. Burada hökmdar və ya sərkərdənin səfərə çıxdığı andan hərbi yürüşləri, qalib gəldiyi döyüşlər, məğlub etdiyi şəhər və qalalar haqqında məlumat verilirdi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiing. flash – parıltı + forward – irəli
Bədii üsul: hadisələrin xronoloji ardıcıllıqla təhkiyəsinə fasilə verərək gələcək hadisələrin nəql edilməsi.
F. süjetlə fabula arasında fərq yaradan üsullardandır. Bu zaman süjet xətti kəsilir və çox sonradan baş verəcək hadisələrdən söhbət açılır. Çox zaman bu hadisələr qəhrəmanın yuxusu və ya öncəgörməsi şəklində təqdim olunur. Modernizm cərəyanı üçün xas olan üsullardan biridir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti