1) Qədim və orta əsrlərdə müəllifin özü və ya xəttat, yaxud miniatürçülər tərəfindən hazırlanan kitab nüsxəsi.
Çap üsulu kəşf olunana qədər kitablar əlyazma şəklində çoxaldılırdı. Bunun üçün bir çox kitabxanaların, iri tədris müəssisələrinin nəzdində kitab emalatxanaları fəaliyyət göstərirdi. O dövrdən bu günə gəlib çatmış bir çox əlyazma kitabları hazırda muzey və arxivlərdə qorunub saxlanılır. Bu nüsxələr mətnşünaslar və ədəbiyyat tarixi üçün olduqca önəmli mənbələrdir.
2) Mətnin (əsərin) əl ilə yazılmış, makinada və ya printerdə çap olunmuş orijinal nüsxəsi.
Əsər mətbəə üsulu ilə çoxaldılaraq kitab halına düşənə qədər, adətən, aşağıdakı mərhələlərdən keçir: müəllif əlyazması – redaktə və korrektura nüsxələri – kitabın maketi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiRəsmi və işgüzar sənədlər; yazı formaları.
Dövlətin qanunları, əmrləri, fərmanları, sərəncamları və s. rəsmi sənədlərdir. İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir. Afişa, annotasiya, anons, akt, arayış, bildiriş, elan, ərizə, izahat, məktub, rəy, protokol, teleqram, tərcümeyi-hal və s. işgüzar sənədlərə aiddir. Bunların da hər birinin özünəməxsus xüsusiyyətləri, tərtib qaydaları var.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİstək, arzu, xahiş, rica, əmr, çağırış, göstəriş, məsləhət və s. ifadə edən cümlə.
Əmr cümləsinin xəbəri, bir qayda olaraq, feilin əmr şəklində olur; məs.: Vətəni qoru. Gələcəyə ümidlə baxın və s. Əmr ədatları da əmr cümlələrinin qurulmasında iştirak edir: Di get cavab ver. Qoy sözümü deyim. Bir söz söyləsənə. Heç kimə demə ha.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLeksik mənasına və qrammatik xüsusiyyətlərinə görə qruplaşan sözlər: isim, sifət, say, əvəzlik, feil, zərf.
Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s.-dən asılıdır. Əsas nitq hissələrinin başlıca xüsusiyyətləri bunlardır: 1) müstəqil leksik mənası var; 2) ayrılıqda işlənərək suala cavab verir; 3) qrammatik mənası var; 4) söz yaradıcılığında iştirak edir, yəni leksik şəkilçilər artırıb yeni sözlər düzəltmək olur; 5) formaca dəyişə bilir; 6) müstəqil cümlə üzvü ola bilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİlahlar, təbiət hadisələri və Yer üzündə insanların əmələ gəlməsi haqqında qədim xalqların uydurduğu süjetlər; mifologiya.
Əsatirdə təbiət hadisələri, kortəbii qüvvələr, səma cisimləri və s. insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəklə salınır, gah insanlara, gah da ilahlara (tanrılara) bənzər təsvir olunur. Homerin “İliada” və “Odisseya”sında, “Gilqamış” dastanında, Firdovsinin “Şahnamə”sində əsatirdən geniş istifadə edilib. Yunan mifologiyasındakı əsas obrazlar Zevs, Apollon, Afrodita, Venera, Prometey qədim yunan ilahları və titanlarıdır. “Qaraxan və insan” türk xalqlarının yaratmış olduğu əsatirdir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsas nitq hissələrini ümumi şəkildə əvəz edən söz, nitq hissəsi.
Əvəzliyin ümumi qrammatik mənası yoxdur. Hansı nitq hissəsini əvəz edirsə, onun da ümumi qrammatik mənasına uyğunlaşır. Əvəzliyin mənaca beş növü var: şəxs əvəzliyi, işarə əvəzlikləri, qeyri-müəyyən əvəzlik, təyini əvəzlik, sual əvəzliyi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabeli mürəkkəb cümlənin baş cümləsində işlənib budaq cümlənin növünü müəyyən edən işarə əvəzlikləri: o, bu, ona, buna, onda, bunda, elə, belə, orası, burası, həmin vaxt, o zaman, o vaxt, o idi, bu idi və s.
Əvəzlik-qəlib baş cümlədə hansı cümlə üzvünün sualına cavab verirsə, budaq cümlə də onun adı ilə adlanır; məs.: Hətta burası da yadımdadır ki (nə? – mübtəda budaq cümləsi), kəndə sel gəlmişdi. Ona təəccüblənirəm ki (nəyə? – tamamlıq budaq cümləsi), mənə heç nə deməmisiniz. Məni narahat edən o idi ki (nə idi? – xəbər budaq cümləsi), niyə mən onu yaxşı tanımamışam?
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBütün misraları eyni hərflə başlayıb eyni hərflə bitən şeir şəkli.
Aşıq ədəbiyyatında geniş yayılmışdır. Əvvəl-axır şeir şəkli qoşma, təcnis, gəraylı, divani və s. janrlarda olur. Molla Cümə və Aşıq Ələsgər kimi aşıqlar yaradıcılıqlarında əvvəl-axır şeir şəklindən istifadə ediblər; məs.:
Zəhmətim əşərdir, bülbülüm gülsüz,
Zar olur könlümüz, ayağa durmaz.
Zəbanım bəstədir, dəhanım dilsiz,
Zəncəfil göz yaşım ayağa durmaz.
***
Zər alan sərraflar yamanı saymaz,
Zəmində yaxşılar yamanı saymaz,
Zəbərcəd dəndanı yamanı saymaz,
Zay Cümə gələndə ayağa durmaz. (Molla Cümə)
Ümumiləşdirici bədii əhəmiyyəti konkret tarixi məzmun və dövr çərçivəsindən xeyli kənara çıxan surətlər.
Ə.S.-in klassik nümunələri sırasına Prometey, Məcnun, Hamlet, Don Kixot, Hacı Qara və başqalarını daxil etmək olar. Ə.S. konkret tarixi ziddiyyət və meyillərin ifadəçisi olmaqla bərabər, bütün dövrlərə və insanlara xas müəyyən dəyər və keyfiyyətlərin daşıyıcısı olur. Buna görə də Ə.S. adları çox zaman rəmzi ada çevrilərək müəyyən keyfiyyət bildirən söz kimi işlənir; məs.: Prometey – altruizm və ya Hacı Qara – xəsislik və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərlərdə önəmli bir tarixin ərəb əlifbasındakı hərflərlə işarəsi.
Ərəb əlifbasındakı hərflərin hər biri hansısa rəqəmi ifadə edir. Hərflərlə rəqəmlərin uyğunluğu belədir: Əlif-1, be-2, cim-3, dal-4, he-5, vav-6, ze-7, ha-8, ta-9, ye-10, kaf-20, lam-30, mim-40, nun-50, sin-60, ayn-70, fa-80, sad-90, qaf-100, ra-200, şin-300, te-400, se-500, xa-600, zal-700, zad-800, za-900, ğayn-1000. M.Füzulinin “Leyli və Məcnun” poemasında rast gəlinən “bir olmaq ilə ol iki aşiq” ifadəsində Ə. hesabı ilə əsərin yazılma tarixini göstərilir. Burada “aşiq” sözünün Ə.H. 70+1+300+100=471-dir. “İki aşiq” ifadəsinə əsasən bu ədədi ikiyə vurmalı, daha sonra isə “bir olmaq” ifadəsinə əsasən üzərinə vahid əlavə etməliyik. Nəticədə 943 ədədi alınır ki, bu da “Leyli və Məcnun” poemasının hicri-qəməri təqvimlə yazılma tarixidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti