Şeirin dördlük bəndlərində birinci və üçüncü, eləcə də ikinci və dördüncü misraların öz aralarında yaratdığı qafiyə.
Bu qafiyə növü geniş yayılıb. Ə.Cavad, S.Vurğun, M.Müşfiq, N.Xəzri, M.Araz və digər şairlərimiz öz şeirlərində çarpaz qafiyədən geniş istifadə ediblər; məsələn:
Həyat dedikləri şübhəli bir şey,
Ölümsə şübhədən çıxmaq deməkdir.
Bu qəmgin təranə, bu kədərli ney,
Varlığı heçlikdə boğub yeməkdir. (S.Vurğun)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİsmin kimdən? nədən? suallarına cavab verən, hərəkətin çıxış nöqtəsini bildirən halı.
Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir; məs.: Əlidən, şəhərdən, kitabdan və s. Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi [-nan], [-nən] şəklində tələffüz olunur; məs.: [çəmənnən], [atannan] və s. Çıxışlıq halda olan isim cümlədə kimdən? nədən? suallarına cavab verdikdə tamamlıq, haradan? sualına cavab verdikdə zərflik, xəbərlik şəkilçisi qəbul etdikdə isə ismi xəbər olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsas məna ilə yanaşı ona yaxın əlavə, törəmə mənalarda işlənə bilən söz.
Sözün çoxmənalılığı, əsasən, dildə onun məcazi mənasının sabitləşməsi ilə yaranır. Sözün məcazi və həqiqi (ilkin, əsas) mənaları arasında məna bağlılığı olur. Azərbaycan dilində çoxmənalılıq feil, isim və sifətlərdə daha çox müşahidə olunur. Bədən üzvlərini bildirən əksər sözlər çoxmənalıdır: insanın qolu (həqiqi məna), çayın qolu (məcazi məna). Azərbaycan dilindəki sadə feillərin də əksəriyyəti çoxmənalıdır: qapını açmaq (həqiqi məna), sirri açmaq (məcazi məna). Çoxmənalı sözlər yaxın leksik mənalı olduğu üçün həmişə eyni nitq hissəsinə aid olur: göz, ayaq, yatmaq, dil, baş, mülayim, atmaq və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiGürcü şairi Çaxruxadze tərəfindən XII əsrdə yaradılan şeir şəkli.
Çaxruxadze özünün “Tamariani” əsərində N.Gəncəvinin “Leyli və Məcnun” poemasının qəhrəmanları olan Leyli ilə Məcnunun adını çəkir. Bu şairin “Tamariani” adlı şeir məcmuəsi hər misrası iyirmi hecadan ibarət olaraq yazılıb. Misralarda daxili qafiyələr də olub. Sonralar həmin şeir şəkli gürcü ədəbiyyatında Ç. adlandı. Bu formadan Çaxruxadzenin zamanında yaşamış şair Şavteli də istifadə edib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifars. çahar parə – dörd parça, dörd hissə
XIX əsrdən etibarən Azərbaycan poeziyasında yer alan və o qədər də geniş yayılmayan şeir şəkillərindən biri.
Ç.-nin quruluşu 4 misralı bəndlərə əsaslanır. 10 hecadan ibarət hər misrası iki bərabər (beşhecalı) yarımmisraya bölünür. Bəzən yarımmisralar da öz aralarında qafiyələnir. Ç.-lər öz ritmikliyi, oynaqlığı, təqtilərin ideal proporsionallığı ilə seçilir. Ç.-nin klassik nümunələrini Azərbaycan poeziyasında Seyid Әbülqasim Nəbati yaradıb. XIX əsr Azərbaycan şairlərindən Seyid Nigarinin Ç.-sindən bir bənd:
Çəkmişəm cəfa, eylə bir vəfa,
Səndə əl əta, can sənə fəda,
Rahi-mehirdə zarü-binəva,
Tarikül-vətən bir mənəm, mənəm.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsasən, rus ədəbiyyatına məxsus birbəndlik lirik folklor janrı.
Müxtəlif mövzularda olur: siyasi, sosial, ailə, məhəbbət, məişət, satirik, əmək, mənzərə və s. Әn yaxşı nümunələri çox ahəngdar, oynaq, şux, sadə üslubda olur. Əsasən, kənd gənclərinin akkordeonun müşayiəti ilə ifa etdiyi bu janr bəzən adi mənzum əsər kimi də oxunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMonqol hökmdarı Çingiz xan və onun əcdadlarından bəhs edən xalq dastanlarının ümumi adı.
Orta Asiya və monqol ədəbiyyatında daha geniş yayılıb. Ç.-lərdə Çingiz xanın ədalətindən, səfərlərindən, hərbi şücaətlərindən bəhs olunur. XVI əsrdə Qızıl Orda sarayında Ötemiş Hacı tərəfindən yazılmış “Çingiznamə” Azərbaycanda çap edilib. Cığatay türkcəsində yazılmış bu kitabda Çingiz xanın dövləti idarəetmə yolları və hakimiyyəti qələmə alınıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti