lat. missio – göndəriş, tapşırıq
Jurnalistikanın başlıca məqsədi, onun cəmiyyətdə əsas sosial funksiyası.
Faktik olaraq missiya – hər hansı təşkilatın, sosial institutun öz fəaliyyətinin yekunu olaraq əldə etmək istədiyi nəticədir. Çoxfunksional institut kimi jurnalistika bir sıra konkret məqsədlərə xidmət edir, vəzifələr daşıyır. Lakin jurnalist fəaliyyətinin mərkəzində ümumi, vahid bir məqsəd dayanır: gerçəkliyi əks etdirməklə, insanları doğru-dürüst məlumatlandırmaqla onların bütövlükdə cəmiyyətlə optimal münasibətlər qurmasına şərait yaratmaq. Bu, J.M.-dır. Bununla belə, J.M. anlayışının fərqli yozumları, müxtəlif izahları mövcuddur. Bir sıra hallarda J.M.-nı onun vəzifələri ilə (kommunikasiya vasitəsi, ictimai nəzarət forması və s.) eyniləşdirir, yaxud, ümumiyyətlə, jurnalistikanın hər hansı missiya deyil, konkret funksiyalara malik olduğunu iddia edirlər: çünki «missiya» daşıyıcısı olduğu subyektdən ayrı təsəvvür edilə bilməz, müxtəlif sistemlərdə (nəzəriyyələrdə) funksiyalar dəyişdikcə missiya da dəyişə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMedianın fəaliyyətinin sosial aspektlərini, onun auditoriya ilə qarşılıqlı münasibətlərinin qanunauyğunluqlarını, formalarını tədqiq edən elm sahəsi.
J.S. bir tərəfdən ictimai şüurun və ictimai rəyin formalaşmasına, qərarların qəbulu prosesinə medianın təsirini öyrənir, digər tərəfdən isə KİV-in kontentinə, davranışına auditoriyanın əks-təsirini araşdırır. Bunun üçün, əsasən, sosioloji metodlardan (mətnlərin kontent-analizi, üzbəüz müsahibə, sorğu, eksperimentlər və s.) istifadə edilir. J.S. həm sosiologiyada, həm də jurnalistikada fənn olaraq bir çox ali məktəblərin tədris proqramına daxildir. Bu elm sahəsi məhz sosiologiyanın qolu kimi XIX əsrdə formalaşmağa başlayıb, lakin «mətbuatın sosiologiyası» terminini ilk dəfə 1910-cu ildə alman alimi Maks Veber işlədib.
Jurnalistika terminləri lüğətiCəmiyyətin tələbləri və gözləntiləri ilə əlaqədar jurnalistin professional vəzifə və öhdəlikləri, habelə onun bu öhdəlikləri dərk etməsi.
Peşə borcu – peşə etikası sistemində mühüm kateqoriyalardan biridir və KİV əməkdaşının öz professional fəaliyyətində şüurlu surətdə əməl etməli olduğu mənəvi-hüquqi qaydaların məcmusundan yaranır; məsələn, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında informasiya mənbələrini qorumaq, əldə etdiyi məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, redaksiya sirrini yaymamaq və s. J.P.B. sayılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiJurnalistin cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk edərək öz mənəvi və professional keyfiyyətlərinə verdiyi qiymət.
Jurnalistin peşə prinsiplərinə şəxsi sədaqəti, korrupsiya münasibətlərindən kənar dayanması onun peşə ləyaqətinin əsas göstəricilərindəndir. J.P.L. – peşə etikası sistemində ən mühüm anlayışlardan biridir; məsələn, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına görə, redaksiya tapşırığı qanunlara və peşə əxlaqına zidd olduqda KİV əməkdaşının həmin tapşırıqdan imtina etmək hüququ var; redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o həmin materialın öz imzası ilə verilməsindən imtina edə bilər və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiJurnalistin professional səviyyəsinə, əxlaqi və mənəvi keyfiyyətlərinə, habelə öz peşə borcuna münasibətinə uyğun olaraq cəmiyyətin ona verdiyi qiymət.
Fəaliyyətinin nəticələri göz qabağında olan və asanlıqla fərdi qaydada qiymətləndirilə bilən bir sıra professional sahələrdə (vəkil, hakim, həkim, müəllim), o cümlədən jurnalistikada «peşə şərəfi» anlayışı «peşə ləyaqəti» ilə sıx bağlıdır və ümumiyyətlə, peşənin ictimai nüfuzunu formalaşdıran mühüm etik kateqoriyadır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. jury < lat. juro – cəlb edirəm
Hər hansı müsabiqənin qalibini, mükafatın sahibini müəyyənləşdirən mütəxəssislərdən ibarət şura, münsiflər heyəti.
J., adətən, müsabiqənin keçirildiyi sahədə yüksək peşəkarlığa, yaxud cəmiyyətdə böyük nüfuza malik müstəqil ekspertlərdən tərtib olunur.
Jurnalistika terminləri lüğətiholl. kabel – kanat, yoğun kəndir
Bir-birindən təcrid olunmuş naqillərdən və (və ya) xüsusi örtüklü optik liflərdən ibarət ötürücü konstruksiya, sistem.
K.-dən televiziya və radio yayımında siqnalların qəbuledicilərə çatdırılması üçün istifadə edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiRadiosiqnalların kabel sistemi vasitəsilə ötürülməsi və abunəçilər tərəfindən qəbul edilməsi prosesi.
K.Ş.Y.-nda siqnalları qəbul etmək üçün istifadəçilərin fərdi anten quraşdırmasına ehtiyac yoxdur, onlar yalnız ümumi şəbəkədən istifadə üçün abunə haqqı ödəyirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti