Jurnalistin cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk edərək öz mənəvi və professional keyfiyyətlərinə verdiyi qiymət.
Jurnalistin peşə prinsiplərinə şəxsi sədaqəti, korrupsiya münasibətlərindən kənar dayanması onun peşə ləyaqətinin əsas göstəricilərindəndir. J.P.L. – peşə etikası sistemində ən mühüm anlayışlardan biridir; məsələn, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına görə, redaksiya tapşırığı qanunlara və peşə əxlaqına zidd olduqda KİV əməkdaşının həmin tapşırıqdan imtina etmək hüququ var; redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o həmin materialın öz imzası ilə verilməsindən imtina edə bilər və s.
See also:
Jurnalistika terminləri lüğəti