Yayım siqnallarının istifadəçilərə Yer səthində quraşdırılmış ötürücü stansiyalar və qüllələr vasitəsilə çatdırılması üsulu.
Bu stansiya və qüllələr şəbəkə təşkil edir. Y.Y. peyk yayımı yarananadək uzun müddət teleradio proqramlarının yeganə kütləvi yayım üsulu olub.
Jurnalistika terminləri lüğəti1. Səyahət təəssüratlarının gündəlik formasında yazıya alınması.
2. Janr olaraq jurnalistikada, publisistikada oçerkin bir növü.
Bu janrda materiallar dinamikliyi, emosionallığı ilə fərqlənir, onları bir neçə müstəqil hissəyə ayıraraq ardıcıl çap etməklə oxucu marağını artırmaq olur və s.
Jurnalistika terminləri lüğətiing. you – sən + ing. – tube – boru; məcazi mənada: televizor
Videofaylların yerləşdirilməsi, nümayişi, saxlanması və çatdırılması üzrə ixtisaslaşmış veb-sayt, dünyanın ən böyük video paylaşma sistemlərindən biri.
Y.-da həm professional film və kliplər, həm də həvəskarların videomaterialları, o cümlədən videobloqları yerləşdirilir. CBS, BBC kimi media korporasiyaları da bəzi materiallarını əməkdaşlıq proqramı çərçivəsində Y.-da nümayiş etdirir. Y. şirkəti 2005-ci ilin fevralında təsis olunub, 2006-cı ilin noyabrında Google kompaniyası tərəfindən satın alınıb.
Jurnalistika terminləri lüğətilat. humor – maye
1. Həyatdakı hər hansı nöqsanın zahirən gülüş, daxilən narahatlıq doğuran tənqid forması, fikri ifadə tərzi.
Satiradan, ironiyadan – rişxənddən fərqli olaraq Y.-un arxasında xoş məram, tənqid obyektinə müsbət təsir göstərmək cəhdi durur. Y.-a «dost gülüşü» də deyilir və bir çox kütləvi informasiya vasitələrində eyniadlı rubrikalar yaradılır. Misal: «Əgər ciddinin arxasında gülüş gizlənirsə, bu – ironiyadır, əgər gülüşün arxasında ciddi gizlənirsə, bu – yumordur» (Artur Şopenhauer).
2. Hadisələrin, proseslərin gülüşdoğuran tərəflərini görmək və ciddi tənqidi fikri zarafatla ifadə etmək bacarığı.
Jurnalistika terminləri lüğəti