lat. spondeo – zamin dururam
1. Teleradio yayımı fəaliyyəti ilə məşğul olmayan, adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə ayrılıqda bir verilişi və ya proqramı maliyyələşdirən fiziki, yaxud hüquqi şəxs.
S.-un yardımı ilə hazırlanmış verilişin əvvəlində və sonunda firma nişanını göstərməklə, titrlər və ya diktor mətni vasitəsilə bu barədə açıq informasiya verilməlidir. Xəbər buraxılışı və siyasi informasiya proqramı S.-un maliyyə dəstəyi ilə hazırlana bilməz.
2. Çap kütləvi informasiya vasitələrinin istehsalı və ya yayımını adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə maliyyələşdirən fiziki, yaxud hüquqi şəxs.
S.-un maliyyə yardımı ilə hazırlanmış mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri yalnız mətbu nəşrin ayrı-ayrı saylarının S.-u ola bilərlər.
3. Mədəni-kütləvi, digər tədbirlərin təşkili və keçirilməsi üçün könüllü maliyyə vəsaiti, maddi vəsaitlər ayıran, habelə ayrılmasını təmin edən, pulsuz xidmətlər göstərən hüquqi, yaxud fiziki şəxs.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiŞəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklam.
S.R.-nda yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, habelə əmtəə nişanı, firmanın loqosu təqdim oluna bilər. Televiziya və radioda verilən S.R.-nda bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) qanunla müəyyənləşdirilmiş həddi ötməməlidir. Belə reklamlarda «sponsor» sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir.
Jurnalistika terminləri lüğətilat. spondeo – zamin dururam
Hüquqi və fiziki şəxsin adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə media məhsullarının istehsalı və yayımını, mədəni-kütləvi, digər tədbirlərin təşkili və keçirilməsini könüllü olaraq maliyyələşdirməsi, yaxud tədbirlərdə pulsuz xidmətlər göstərməsi.
Azərbaycan qanunvericiliyinə görə, reklamı qadağan edilmiş malların istehsalı və ya satışını həyata keçirən şəxslər S. edə bilməzlər. KİV-ə S. jurnalistin müstəqilliyinə təsir etməməli və heç bir halda redaksiyanın yaradıcı fəaliyyətinə müdaxiləyə əsas yaratmamalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. spot – yer, ləkə
1. Televiziya və radio proqramları arasında 10–60 saniyəlik reklam mətni və ya çarxı.
2. Yerləşdiyi səthdən rənginə, yaxud strukturuna görə seçilən dairəvi ləkə.
S.-dan dekorasiyanın hər hansı hissəsini nəzərə çarpdırmaq, yaxud onu daha rəngarəng etmək üçün istifadə olunur.
3. Bir və ya bir neçə lampadan ibarət çıraq.
S.-un lampalarını tək-tək istənilən istiqamətdə döndərmək və studiyada işığı müxtəlif cür paylamaq, döşəmədə, divarda parlaq işıq ləkəsi yaratmaq mümkündür.
Jurnalistika terminləri lüğətiing. standard – norma, nümunə
1. Yaradıcılıq və davranış sahəsində qəti müəyyənləşdirilmiş qayda, norma; məs.: jurnalistin peşə standartları.
2. Başqalarını onunla müqayisə etmək üçün birtipli nümunə.
Bu mənada yaradıcılıqda S. termini bəzən mənfi çalarda işlənilir, «şablon», «qeyri-orijinal» mənası verir; məs.: standart məqalələrlə çıxış etmək.
Jurnalistika terminləri lüğətiRəsmi statistikanın aparılması üçün yığılan, işlənən və bazaya daxil edilən ilkin məlumatların konfidensiallığı prinsipi.
S.S.-in məqsədi ilkin statistik məlumatları qorumaqla yanaşı, onları toplayan şəxslərin də birbaşa və ya dolayı yolla tanınmasına imkan verməməkdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. status – vəziyyət, hal
1. Vətəndaşın, hər hansı peşə sahibinin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinin məcmusu.
Bu hüquqlara verilən təminatlar və vəzifələrin yerinə yetirilməməsinə görə məsuliyyət də «hüquqi S.» anlayışına daxil edilir.
2. Fərdin və ya müəyyən əhali qrupunun cəmiyyətdə, yaxud onun tərkib hissəsi olan ayrıca ictimai sistemdə yeri, sosial vəziyyəti.
Sosial S. hər bir sistem üçün səciyyəvi olan əlamətlər əsasında (iqtisadi imkanlar, milli mənsubiyyət, yaş və s.) müəyyənləşdirilir, təhsil səviyyəsinə, konkret sahədə bacarıqlara və s.-yə görə fərqləndirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. stenos – sıx + yun. grapho – yazıram
Şifahi nitqi xüsusi işarələrlə və sözləri, ifadələri ixtisar etməklə cəld yazıya köçürmək üsulu.
S. eramızdan əvvəl Qədim Misirdə yaranıb, Yunanıstanda, Romada tətbiq edilib. Terminin özünə tarixdə ilk dəfə 1602-ci ildə çap olunmuş «Sürətlə yazmaq sənəti, yaxud stenoqrafiya» əsərində rast gəlinir. XX əsrin son rübünə qədər bir çox jurnalistika fakültələrində tələbələrə məcburi fənn kimi S. keçilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti