Abonentlər arasında əlaqə yaradan, şəbəkədə olan bütün məlumatların rəqəmsal formatda istifadəsinə imkan verən kommunikasiya vasitəsi.
R.Ş. rəqəmsal texnologiya əsasında yaradılır, məlumatlar şəbəkəyə istifadəçinin özü tərəfindən yüklənir, yaxud şəbəkə vasitəsilə abonentə ötürülür.
Jurnalistika terminləri lüğətiİnformasiyanın rəqəmsal siqnallara çevrilərək hazırlanması, yazılması, işlənməsi, emalı, saxlanması, ötürülməsi üçün tətbiq edilən metodların, istifadə olunan vasitələrin və vəsaitlərin məcmusu.
R.T.-lar informasiyanın təhrif olunmasının qarşısını alır, hazırlanması və idarə edilməsi imkanlarını müqayisəyəgəlməz dərəcədə genişləndirir, saxlanmasını asanlaşdırır, zədələnmiş sənədlərin yüksək keyfiyyətlə bərpasına imkan verir və s. R.T.-lar əsasında çalışan elektron avadanlıq, cihaz və qurğulara rəqəmsal texnika deyilir. Buraya kompüterlər, kameralar, fotoaparatlar, skanerlər, printerlər, diktofonlar, rabitə qurğuları, çap dəzgahları və s. daxildir.
See also:
Jurnalistika terminləri lüğətiTəsvirin və səsin rəqəmli simvollardan ibarət ardıcıl kodlar şəklində uzaq məsafəyə ötürülməsi və qəbulunu təmin edən texnoloji sistem.
R.T. həm təsvirin və səsin yüksək keyfiyyətini, həm də interaktiv televiziya sistemləri yaradılmasını təmin edir, studiya avadanlıqlarının funksional imkanlarını xeyli genişləndirir. R.T.-nın DVB (Avropa), ATSC (Şimali Amerika), İSDB (Yaponiya), DTMB (Çin) kimi müxtəlif sistemləri var. Azərbaycanda DVB standartında R.T.-ya keçid texniki cəhətdən 2014-cü ilin sonunda yekunlaşdırılıb.
See also:
Jurnalistika terminləri lüğətiVideo və səs siqnallarının rəqəmli simvollardan ibarət ardıcıl kodlar şəklində müəyyən məsafəyə ötürülməsi prosesi.
R.Y. eyni diapazonda ötürülən kanalların sayının əhəmiyyətli dərəcədə artırılmasını, siqnala müxtəlif əlavə informasiyalar «yüklənməsini» təmin edir, bir sıra texniki maneələri aradan qaldırır.
See also:
Jurnalistika terminləri lüğətiİnformasiyanın maddi daşıyıcı üzərində rəqəmli simvollardan ibarət ardıcıl kodlar vasitəsilə qeydə alınması üsulu.
Bu üsulla yazılmış informasiya çox az yer tutur, bir yerdən başqa yerə yüksək sürətlə və keyfiyyət itkisinə yol vermədən ötürülə bilir, yalnız texniki qurğulardan istifadə etməklə oxunur.
See also:
Jurnalistika terminləri lüğətiMilli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin öz səlahiyyətlərinin icrası ilə əlaqədar çıxışları, o cümlədən açıq rəsmi tədbirlərdə çıxışlar.
R.Ç.-da həqiqətəuyğun olmayan məlumatı olduğu kimi yaymağa görə KİV məsuliyyət daşımır.
See also:
Jurnalistika terminləri lüğəti1. İnsanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət hakimiyyəti orqanlarının verdiyi xəbərlər.
2. Cəmiyyətin bilgiləndirilməsi üçün zəruri olan, dövlət hakimiyyəti orqanlarının rəsmi mövqeyini, qərarlarını əks etdirən açıqlamalar, bəyanat və çıxışlar.
3. İdarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmış informasiyalar.
Həqiqətəuyğun olmayan R.M.-ı yaymağa görə KİV məsuliyyət daşımır.
See also:
Jurnalistika terminləri lüğətiStatistik materialların istehsalını həyata keçirən dövlət orqanları tərəfindən sosial, iqtisadi, demoqrafik, ekoloji və digər ictimai proseslərin kəmiyyət göstəricilərinə dair ilkin statistik informasiyaların rəsmi metodologiya əsasında işlənməsi və ümumiləşdirilməsi nəticəsində əldə olunan məhsul.
Jurnalistika terminləri lüğətiƏhalinin və ya müəyyən əhali qrupunun hər hansı məsələ ilə əlaqədar rəyini öyrənmək üçün keçirilən sosioloji tədqiqat.
R.S.-ları müxtəlif əhatə dairəsinə (ekspert sorğuları, fokus-qruplarda sorğular, ictimai rəy sorğuları və s.) malik olur və fərqli üsullarla (telefon sorğusu, üzbəüz müsahibə, anketləşdirmə və s.) keçirilir. Bu tədqiqatlardan ən genişi ictimai R.S.-dur. İctimai R.S. bir tərəfdən ictimai rəyin ölçülməsi mexanizmidirsə, digər tərəfdən ona güclü təsir vasitəsidir. Bu sahədə manipulyasiyalara yol verməmək üçün ictimai R.S.-larının nəticələrinin KİV-də yayılmasına qanunvericilikdə və peşə əxlaqı kodekslərində məhdudiyyətlər qoyulur. Kodekslər sorğu nəticələri dərc edilərkən jurnalistlərdən onun sifarişçisini, icraçısını, suallarını, keçirilmə tarixini, yerini, iştirakçıların sayını və s.-ni göstərməyi tələb edir. Qanunlar seçki və referendumlar zamanı səsverməyə bir gün qalmış ictimai R.S. nəticələrinin yayılmasına qadağa qoyur. Kütləvi informasiya vasitələri özləri də auditoriyalarını öyrənmək, ictimai tələbatı müəyyənləşdirmək üçün vaxtaşırı sorğular keçirir.
See also:
Jurnalistika terminləri lüğəti