Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

reklam subyekti

Reklam prosesinin is­tənilən iştirakçısı: reklamverici, reklam agenti, habelə reklam yaradıcısı, isteh­sal­çısı, yayıcısı və ya istehlakçısı.

Jurnalistika terminləri lüğəti

reklam yaradıcısı

Reklamın ümumi tər­tibatını, o cümlədən obrazlarını, səs mü­şayiətini, rəng çalarlarını və s.-ni hazırlayan fiziki, yaxud hüquqi şəxs.

Jurnalistika terminləri lüğəti

reklam yayıcısı

Reklamı müxtəlif forma, üsul və vasitələrlə yayımlayan, bilavasitə istehlakçıya çatdıran fiziki, yaxud hüquqi şəxs.

Əksər hallarda reklam prosesində kütləvi informasiya vasitələri məhz R.Y. ­ro­lunda çıxış edir.

Jurnalistika terminləri lüğəti

reklamverici

Hər hansı obyektin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən və maliyyələşdirən, habelə rek­lamın məzmununu müəyyənləşdirən fiziki, yaxud hüquqi şəxs.

Jurnalistika terminləri lüğəti

reperaund

ing. wraparound < wrap – bü­külmək + ing. araoud – ətraf

İnterküydən ifa­də vasitəsi kimi istifadə olun­­­ması.

Əksər hallarda R. illüstrativ xarakter daşıyır, kad­ra, yaxud mətnə tə­biilik effekti vermək üçün istifadə edilir.

Jurnalistika terminləri lüğəti

reportaj

fr. reportage < lat. reporto – bil­dir­mək, xəbər vermək

Aktual olay ­ba­rədə ətraflı məlumat verən material, jur­na­lis­tikanın informasiya janrlarından biri.

Bu janrın əsas xüsusiyyətləri onun operativliyi və müəllifin təsvir etdiyi ha­disənin şahidi, yaxud iştirakçısı ol­masıdır. R.-da hadisələrə müəllif baxışı, faktların seçim üsulu, detallar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda müxtəlif kütləvi kommunikasiya kanalları ilə (qəzet-jurnal, radio, televiziya, internet) yayılmaq üçün hazırlanan R.-lar arasında spesifik fərqlər nəzərə çarpır. Qə­zet R.-ı bir hadisəyə, yaxud eyni mövzuya aid müxtəlif vaxtlarda və yerlərdə baş vermiş olaylara həsr edilə bilər. Radioreportajda xronoloji ardıcıllıq önə çıxır, səs obrazlarından, reperaundlardan istifadə ­olunur. Telereportajda gö­rün­tü, videosıralar, struktur ele­mentlərinin zənginliyi (stəndap, kadrarxası mətn, sinxron) vacib rol oynayır. İnternet R.-da canlı yayıma üs­tünlük verilir, müəllif, demək olar ki, görünmür.

See also:

Jurnalistika terminləri lüğəti